Pakistanda partlayışlarda ölənlərin sayı 57-yə çatıb VİDEO
İslamabad, 24 iyun, АZƏRTAC
Pakistanın Paraçinar şəhərindəki ticarət mərkəzində baş verən partlayışlarda həlak olanların sayı 57-yə çatıb.
Pakistan mətbuatının verdiyi məlumata görə, 300-dən artıq insan yaralanıb. Onların arasında uşaqlar, qadınlar, qocalar da var. Yaralananların çoxunun vəziyyəti ağırdır.
Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Pakistanın baş naziri Nəvaz Şərif həlak olanların ailələrinə başsağlığı verib, terror aktlarını pisləyib. Bildirib ki, ölkədə təhlükəsizlik tədbirləri gücləndirilməli, əhali ayıq-sayıq olmalıdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]