Pakistanda “Şahin 1-A” ballistik raketi uğurla sınaqdan çıxarılıb
İslamabad, 26 mart, AZƏRTAC
Pakistanda uçuş məsafəsi 900 kilometr olan uzaqmənzilli “Şahin 1-A” ballistik raketi uğurla sınaqdan çıxarılıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, “torpaq-torpaq” sinfinə aid olan ballistik raketin naviqasiya parametrləri və digər göstəriciləri təkmilləşdirilib.
Raketin sınaqdan uğurla çıxması ilə bağlı Pakistan Prezidenti Arif Alvi və Baş nazir İmran Xan hərbçiləri təbrik edib.
Bundan əvvəl Pakistanda “Babur” (uçuş məsafəsi 490 kilometr), “Şahin -1” (650 km), Ghauri (1300 km), “Şahin-2” (1500 km) və “Şahin-3” (2750 kilometr) raketləri də uğurla sınaqdan çıxarılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]