Pakistanın hava məkanını bağlaması nəticəsində Banqkok hava limanı iflic olub
Bakı, 28 fevral, AZƏRTAC
Hindistanla gərginliyin artması fonunda Pakistanın hava məkanının bağlaması nəticəsində Banqkok hava limanı iflic olub.
AZƏRTAC “Dawn” informasiya agentliyinə istinadla xəbər verir ki, çərşənbə günü “Thai Airways” şirkətinin bütün uçuşları ləğv etməsi nəticəsində minlərlə sərnişin Banqkok hava limanında qalıb. Belə ki, əsasən Avropa ölkələri istiqamətində həyata keçirilən 30-dan çox aviareysi yerinə yetirən təyyarələr Pakistan ərazisi üzərindən uça bilmədiyindən, Tailand paytaxtının Suvarnabhumi aeroportuna qayıdıblar.
Sinqapur Hava Yolları şirkətinə məxsus təyyarələrin də Pakistan hava məkanından geri qayıtdıqları bildirilir. İnformasiya agentliklərinin məlumatına görə, 5 mindən çox sərnişin bu ölkənin hava limanında qalıb. Aviaşirkətlərin Avropa ölkələrinə uçmaq üçün İran hava sahəsindən keçməsinə isə rəsmi Tehran rədd cavabı verib.
Son dəqiqə məlumatlarında Çinin Tailand təyyarələrinə öz hava məkanından keçmək üçün icazə verdiyi qeyd olunur. “Thai Airways” şirkətinin nümayəndəsi cümə axşamı uçuşların bərpa olunacağını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]