Pakistanın iqlim fəaliyyəti ilə bağlı maliyyə və texnologiya məsələlərinə dair beynəlxalq konfrans keçiriləcək
İslamabad, 23 sentyabr, Hilal Əhməd, AZƏRTAC
İslamabadda yerləşən Strateji Araşdırmalar İnstitutu “Hanns Seidel” Fondu ilə birgə sentyabrın 26-da “Pakistanın iqlim fəaliyyət yolunda naviqasiya: uyğunlaşma, maliyyə və texnologiya” mövzusunda beynəlxalq konfrans keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın Strateji Tədqiqatlar İnstitutu məlumat yayıb. Bildirilib ki, konfransın məqsədi Bakıda keçiriləcək COP29-a qədər Pakistanın iqlim strategiyası üzrə ekspert diskussiyaları üçün platforma təmin etməkdir. Burada qlobal müzakirələr iqlimin maliyyələşdirilməsinə yönələcək.
Konfransın müzakirələri zamanı akademiklər, alimlər və iqlim ekspertləri Pakistanın iqlim strategiyasını daha dərindən araşdıracaqlar. Onlar iqlim dəyişikliyinin təsirlərinin azaldılması və uyğunlaşma strategiyalarına diqqət yetirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]