“PAMBIQÇILIQ HAQQINDA” YENİ QANUN LAYİHƏSİ HAZIRLANIR
Bakı, 5 avqust (AZƏRTAC). Milli Məclisdə aqrar sahənin inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanır. Bu qanunların bəziləri payız sessiyasında Milli Məclisin müzakirəsinə çıxarılacaqdır.
Hazırlanan sənədlərdən biri -“Pambıqçılıq haqqında” qanun layihəsidir. Parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov demişdir ki, Azərbaycanda kənd təsərrüfatının əksər sahələrində olduğu kimi pambıqçılığın da qanunvericilik bazasının yaradılmasına ehtiyac vardır. Ona görə ki, bu qanun bu sahənin fəaliyyətini hüquqi yolla tənzimləməklə yanaşı, 70-ci illərdə əhalinin əsas gəlir mənbələrindən biri olan pambıqçılığın inkişafına təkan verəcəkdir. Bununla yanaşı, bu sahəyə dövlət yardımını, eləcə də yerli və xarici sərmayədarların marağını artıracaqdır.
Bundan başqa, payız sessiyasında komitə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsini II, III oxunuşda müzakirəyə təqdim edəcək, “Ərzaq təhlükəsizliyi” haqqında yeni qanun layihəsi hazırlayacaqdır. Məqsəd “Ərzaq təhlükəsizliyi” barədə dövlət proqramından irəli gələn məsələlərin həm də qanunvericiliklə tənzimləməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]