Papa Fransisk Türkiyədəki zəlzələ ilə bağlı başsağlığı verib
Vatikan, 6 fevral, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Türkiyədə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatına görə kədərləndiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Papa Fransisk adından Türkiyədəki apostol nunsisi arxiyepiskop Marek Solçinskiyə teleqram ünvanlayıb. Roma Papası məktubunda zəlzələ nəticəsində bütün zərər çəkənlərə mənəvi yaxınlığını ifadə edib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Papa Fransisk yaralıların qayğısına qalanlara və davam edən xilasetmə işlərində mətanət və əzmlə iştirak edənlərə dəstəyini ifadə edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]