PARALİMPİYAÇI CÜDOÇULARIN AVROPA ÇEMPİONATINDA AZƏRBAYCAN 8 İDMANÇI İLƏ TƏMSİL OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 17-də Bakıda görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında keçiriləcək Avropa çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaqdır.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, yarışda Azərbaycanın idman şərəfini baş məşqçi Əhməddin Rəcəblinin rəhbərliyi ilə Ramin İbrahimov (60 kq), İlkin Alışov (66 kq), Ramin Əliyev, Firidun Məmmədov (hər ikisi 73 kq), Natiq Novruzzadə (81 kq), dünya çempionatının qızıl mükafatçısı Tofiq Məmmədov (90 kq), Kərim Sərdarov (100 kq) və Afina Paralimpiya Oyunlarının qalibi İlham Zəkiyev (100 kq-dan yuxarı) qoruyacaqlar.
Yarışlar Pekin Yay Paralimpiya Oyunlarına lisenziya əldə etmək
xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]