İDMAN
“Paris Sen-Jermen” Fransa kubokunun qalibi olub
Bakı, 25 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 24-də futbol üzrə Fransa kubokunun final görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin həlledici görüşü “Stad de France” stadionunda “Paris Sen-Jermen” və “Sent-Etyen” komandaları arasında oynanılıb.
Gərgin keçən görüş “Paris Sen-Jermen” klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 14-cü dəqiqədə braziliyalı Neymar olub.
Qarşılaşmada baş hakim 11 sarı və 1 qırmızı vərəqə göstərib.
Matçın 31-ci dəqiqəsində “Sent-Etyen” klubunun müdafiəçisi Loic Perrin kobud oyuna görə meydandan kənarlaşdırılıb.
Beləliklə, final görüşündə qələbə qazanan “Paris Sen-Jermen” tarixində 13-cü dəfə bu titula yiyələnib.
Qeyd edək ki, Fransa çempionatının 2019-2020-ci il mövsümünün qalibi məhz “Paris Sen-Jermen” olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]