PARİSDƏ AVSTRİYA RƏSSAMLARININ SƏRGİSİNƏ 95 GÜNDƏ 600 MİN TAMAŞAÇI BAŞ ÇƏKMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Fransa Mədəniyyət Nazirliyinin yaydığı məlumata istinadla bildirir ki, Parisin məşhur Qran Pale sərgi salonunda Avstriya rəssamları Qustav Klimt, Eqon Xiele, Koloman Mozer və Oskar Kokaşkinin 150 tablosunun nümayiş etdirildiyi “Vyana 1900” sərgisi böyük müvəffəqiyyət qazanmışdır. 95 gün davam etmiş sərgiyə 600 min rəsm həvəskarı tamaşa etmişdir.
Tablolar rəng çalarlarının müxtəlifliyi və akademik rəsmiyyətçilikdən uzaqlığı ilə səciyyələnir. Onların yaradıcılığında sənətə bu cür baxış tamaşaçıların xüsusi marağına səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]