Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paşinyanın Brüssel iflası: erməni hökumət başçısının dilənçiliyi

Paşinyanın Brüssel iflası: erməni hökumət başçısının dilənçiliyi

Ermənistanın yeni hakimiyyətinin perspektivsiz xarici siyasət kursunu seçdiyi haqqında ekspert fikri mövcuddur. Nikol Paşinyan baş nazir postuna gələndən ortada yeni heç bir şey yoxdur. Ermənistanın daxili həyatı sanki sönüb, iqtisadiyyatda durğunluq davam edir. İllərdir Serj Sarkisyanın uğurlu daxili siyasət apardığını yazan kütləvi informasiya vasitələri indi də N.Paşinyandan eyni həvəslə yazır. Lakin S.Sarkisyanın sonu məlumdur. N.Paşinyanı da eyni aqibət gözləyir. Bu, onun Brüssel səfərindən sonra daha aydın görünür. Ermənistanın baş nazirinin özü Brüssel hava limanında jurnalistlərə bildirib ki, Avropa İttifaqı Ermənistana münasibətini dəyişsə, yaxşıdır. Brüssel erməni inqilabından ağızdolusu danışır, lakin heç bir konkret addım atmır. Ona görə də ya pafoslu danışıqlara son versinlər, ya da siyasətlərini dəyişsinlər. Deməli, faktiki olaraq N.Paşinyan Brüsseldən məyus qayıdıb. Əliboş dönüb. Bu məqam əslində İrəvanın apardığı siyasətin çürüklüyünün bir daha təsdiqidir. Bütövlükdə götürdükdə, N.Paşinyanın Brüssel səfərinin iflasının təhlili üzərində dayanmağa ehtiyac duyulur. Həm də bu, Azərbaycan rəhbərinin çox uğurlu Brüssel səfəri fonunda xeyli maraqlı görünür.

Siyasi köləlik: Brüssel səhnəsində

Nikol Paşinyanın Brüsseldə çəkdirdiyi fotolarda beli və boynubükük görünməsi şəkil çəkənin ustalığının nəticəsi deyil. Ermənistanın yeni baş naziri təbiətən boynubükük və başqalarının əmrini yerinə yetirən kölədir. Bu, onun siması, kimliyinin real təqdimatıdır. Sözdə reallaşdırdığı siyasətin ruhu da köləlikdən yoğurulub. Ekspertlər Brüsseldə bir daha bunun əyani şahidi oldular.

Öncədən ermənilər yeni baş nazirin Brüsselə səfərindən bir təbliğat kampaniyası düzəltməyə çalışdılar. Bəyan etdilər ki, əgər NATO-nun sənədlərində Ermənistanı qane etməyən məqamlar olsa, səfər baş tutmayacaq. Nələrdən ibarət imiş bu "erməniləri qane etməyən məqamlar"? Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsini nəzərdə tuturdular. Bununla yanaşı, Azərbaycanın öz işğal edilmiş ərazilərini azad etmək haqqının tanınması da prinsipial əhəmiyyət daşıyır.

NATO və Avropa İttifaqının sənədlərində Azərbaycanın ərazi bütövlüyü tam dəstəkləndi, ancaq N.Paşinyan Brüsselə getdi. O, öz sözünü yedi. Həm də hər hansı iradını bildirmək üçün deyil, pul dilənmək, yardım istəmək və Azərbaycan Ordusunun qarşısının alınması üçün NATO-nun tədbir görməsini xahiş etmək üçün getdi. Bu barədə Rusiya KİV-lərində maraqlı yazılar dərc edilməkdədir (bax: məs., Андрей Иванов. Пашинян копирует Порошенко / News.ru, 17 iyul 2018).

Andrey İvanov vurğulayır: "Bununla Paşinyan diplomatiyası bitdi, çünki dostluq haqqında vədlərdən sonra dərhal pul xahiş etməyə başladı. "Ermənistanın demokratikləşmə cəhdlərini" Brüsseldə ildə 10 milyon avro əlavə yardım etməklə qiymətləndirdilər. Bu miqdarla nəhəng layihələr reallaşdırmaq mümkün deyil və erməni baş nazir Aİ-nin nümayəndələrindən biri ilə görüşdə deyib ki, "demokratik Ermənistan özünə qarşı daha ciddi münasibət gözləyir"" (bax: əvvəlki mənbəyə). Bu fikirlər üzərində bir qədər geniş dayanaq.

N.Paşinyan diplomatiyası harada bitib? Birincisi, Brüssel səfəri N.Paşinyanın Moskvanı şantaj etmək işində son fraqmentdir. Çünki bu vaxta qədər erməni baş nazir Rusiyaya sadiq və yaxın müttəfiq olmaqla yanaşı, Aİ, ABŞ və NATO ilə də əməkdaşlıq etməyə üstünlük verdiklərindən danışırdı. Bu zaman Brüsselə NATO-nun tədbirinə səfəri Rusiya vətəndaşlarına tanışlıq məqsədi ilə edilən səfər kimi təqdim edirdi. "Yeni baş nazir Nikol Paşinyan sadəcə Qərbin dostu olmaq istəmir, həm də Rusiyaya düşmən əhval-ruhiyyəsində olan NATO-nun tərəfdaşı olmağa çalışır. Paşinyan KTMT-yə üzv ölkələrdən birinin yeganə lideridir ki, alyansın 11-13 iyul Brüssel sammitində iştirak etdi" (bax: əvvəlki mənbəyə).

Moskvanın qəzəbi: satqınlığın sərhədi

Bunlar Nikol Paşinyanın kadr siyasəti kontekstində təsadüfi görünmür. News.ru portalının yazdığına görə, anti-Rusiya fəaliyyətində olanlardan Nazirlər Kabinetində yüksək vəzifələrə təyinat edib. Məsələn, diaspor üzrə nazirin müavini Babken Ter-Qriqoryan Soros Fondunun koordinatoru olub. O, hətta N.Paşinyan inqilabı zamanı meydanda Vladimir Putin əleyhinə sərt ifadələr olan plakatı əlində tutub.

Yeni mədəniyyət naziri Lilit Makunts 2016-cı ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəsi olan Sülh Korpusunda çalışıb. Əmək naziri Mane Tandilyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasını açıqca təbliğ edir. Ekspertlərin təxmininə görə, bütün bunları N.Paşinyan Moskvanı şantaj etmək üçün edir. O, mesaj verir ki, "mən sizin yeganə tərəfdarınızam və mənə dəstək verməsəniz, Ermənistan Qərb tərəfə keçəcək" (bax: əvvəlki mənbəyə).

Lakin Brüsseldə N.Paşinyanın ifadə etdiyi fikirlər və görüşməyə can atdığı adamların siyasi kimliyi göstərir ki, erməni liderin Kremlə qarşı aparmaq istədiyi şantaj siyasəti öz potensialını tükədib. Çünki N.Paşinyanın özünün siyasi kimliyi atdığı addımlardan aydın görünür. Moskva belə şeylərə inanmır və N.Paşinyanın səviyyəsiz bir siyasətçi olduğunu, öz yaxın tərəfdaşından imtina etməyi düşündüyünü və bunun üçün özünü Qərbə satmağa hazır olduğunu gördü. Məlum oldu ki, N.Paşinyanın Rusiya ilə bağlı dedikləri də yalan imiş və Ermənistanın xarici siyasət kursunu dəyişmək planı vardır. Bu mənada N.Paşinyanın primitiv manevrlərlə dolu siyasəti və diplomatik "hiyləgərliyi" bitib!

Ermənistanın yeni baş naziri daxili siyasətdə də bitmiş kimi görünür. Ekspertlərin fikrincə, onun Brüssel səfərini böyük diplomatik uğur adlandırmasına baxmayaraq, bu fikrin arxasında reallıq dayanmır. Məsələn, Ermənistanın hakimiyyətə yaxın KİV-lərində N.Paşinyanın bir sıra Qərb ölkələri liderləri ilə görüşünü aktiv təhlil edir, onu dövlətçiliyə xidmət kimi qələmə verməyə çalışır, hətta bəzi avropalı siyasilərin fikirlərindən sitat gətirir, N.Paşinyanın onlara dediklərindən bəhs edirlər.

Ancaq reallıqda heç bir işgüzar görüş olmayıb. N.Paşinyan avropalı liderləri küncdə-bucaqda gözləyərək qarşılarına çıxıb, özünü təqdim edib və onlar da nəzakət xatirinə ayaqüstü söhbət ediblər, yaxud qısa müddətdə oturub hal-əhval tutublar (bax: əvvəlki mənbəyə). Danışıqların heç birində də konkret mövzu olmayıb. Heç bir avropalı siyasətçi N.Paşinyana nəyisə vəd etməyib. Ümumi əlaqələr haqqında fikir mübadiləsindən başqa bir məsələ müzakirə edilməyib.

ABŞ Prezidenti Donald Trampla bağlı isə N.Paşinyan üçün çox gülünc olan bir vəziyyət yaranıb. N.Paşinyan ABŞ Prezidentinin həyat yoldaşı ilə çıxa biləcəyi qapının küncündə gözləyirmiş. Ancaq Prezident görünməyib. Ona çatdırıblar ki, D.Tramp və həyat yoldaşı arxa qapıdan bağçaya çıxıb. N.Paşinyan dərhal ona tərəf götürülüb. Qaçaraq D.Trampa çatıb və dişlərini ağardaraq əlini uzadıb. Təəccüblənən D.Tramp etika xatirinə onun əlini sıxıb və bu zaman fotolarını çəkiblər (bax: əvvəlki mənbəyə).

Bütün bunları müşahidə edən jurnalistlər N.Paşinyanın ləqəbini "liderlərin qarovulçusu" qoyublar. Daha dəqiqi "liderlərin yengəsi" ləqəbi olardı! Rusiyalı jurnalistin ümumiləşdirməsi isə doğrudan da maraqlıdır. A.İvanov yazır: "Ümumiyyətlə, Ukrayna Prezidenti Petro Poroşenkonun dəfələrlə oynadığı ssenari təkrarlanır. O, sammitdə Qərb liderlərinin arxasınca qaçır və fotokameraya düşməyə çalışırdı. Ancaq Ukrayna Prezidenti Ermənistanın baş nazirindən fərqli olaraq bu zaman "çoxvektorlu siyasət"dən danışmır və bir neçə stulda oturmağa cəhd göstərmir" (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdə də N.Paşinyanın bir siyasətçi kimi simasızlığı aydın təsvir edilir. P.Poroşenko birmənalı olaraq mövqeyini dəqiq ifadə edir. N.Paşinyan isə primitivcəsinə hamıya yalan satır - Moskvada Rusiya ilə, Brüsseldə isə Aİ ilə birlikdədir! Hərbi sahədə həm KTMT-dədir, həm də NATO ilə əməkdaşlıqda! Özü də bu zaman Ermənistanı Azərbaycanla müqayisə etməyə cəhd göstərir. Reallıqda isə bu ölkələrin hərbi-müdafiə siyasəti və təhlükəsizlik konsepsiyaları müqayisə oluna bilməz. Çünki Azərbaycan birmənalı olaraq müstəqil və balanslaşmış siyasət yeridir. Azərbaycan heç bir hərbi alyansın üzvü deyil. Onun Avropa ölkələri ilə də, Avrasiya İttifaqı ölkələri ilə də əməkdaşlığı uzun illərdir ki, bir-birindən asılı olmadan davam edir. Azərbaycan nə KTMT-yə can atır, nə də NATO-ya. Bakı öz milli maraqlarına uyğun olan məsələlərdə bərabərhüquqlu əməkdaşlıq qurur. Bu səbəbdən də nə Vaşinqton, nə Moskva, nə də Brüssel Azərbaycanın siyasətini tənqid etmir. Çünki buna əsasları yoxdur.

Ermənistan isə KTMT-yə, daha dəqiqi, Rusiyanın hərbi imkanlarına sığınıb, NATO ilə hərbi əməkdaşlıqdan dəm vurur. Hətta həyasızcasına NATO-ya irad bildirir ki, niyə Azərbaycana mesaj vermirsiniz ki, hərbi əməliyyatlara başlasa, ona sarsıdıcı zərbə vurulacaq. "Euronews"a verdiyi müsahibədə N.Paşinyan bəyan edib ki, Şimali Atlantika Alyansı Azərbaycana "güclü mesaj" verməlidir. Və əgər Dağlıq Qarabağı azad etmək istəsə, "Qərb bunu yalnız və yalnız bütün dünyada demokratiyaya olan təhlükə kimi qəbul etməlidir" (bax: əvvəlki mənbəyə). Ancaq NATO-da bu fikir təəccüb doğurub, çünki Qərb ölkələrinin liderləri dəfələrlə deyiblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. NATO da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib və müvafiq sənədlərdə həmin məqam əks olunub. NATO həm də bu kimi təxribatlara onu qarışdırmağın perspektivsiz olduğunu vurğulayıb.

Növbəti yalan: "erməni demokratiyası" nağılları

Nikol Paşinyanın bu addımı nəyi ifadə edir? Hər şeydən əvvəl, bu adamın həqiqətən də siyasətdən xəbəri yoxdur. Məhdud erməni düşüncəsi ilə dünyanı öz məhəlləsi sayır və "qabadayılıq" etməyə cəhd göstərir. Sonra aydın olur ki, onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslərdən düz-əməlli xəbəri yoxdur. Belə ki, əgər N.Paşinyanın NATO-nun, Aİ-nin, AŞPA-nın, BMT-nin qəbul etdiyi sənədlərdən xəbəri olsaydı, gülünc fikir ortaya atmazdı. Təsəvvür edin ki, BMT-nin dörd qətnaməsində Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxması tələb olunur, N.Paşinyan isə Ermənistanı regionun "demokratiya beşiyi" kimi təqdim etməyə çalışır. Guya bütün dünya bu "demokratiya beşiyi"ni qorumalıdır.

Bu zaman erməni diplomatiyasına xas olan adi bir səhv nəzərə alınmır: Dağlıq Qarabağda erməni əsgəri işğalçı kimi mövcuddur! Bu torpaqları ermənilər xarici yardım hesabına 1988-ci ildən başlayaraq zəbt ediblər. Günahsız insanları qətlə yetiriblər. Uşaqları, qadınları, qocaları amansızcasına öldürüblər, onları diri-diri yandırıblar, quyulara atıblar. Dünya dövlətləri Xocalı hadisələrini soyqırımı kimi tanımağa başlayıb. İndi bir küçə adamı düşüb ortalığa ki, Ermənistan Cənubi Qafqazda "demokratiya beşiyi"dir.

Əslində, rəsmi İrəvanın yeni bir təbliğat oyununa başlamaq istədiyi açıq görünür. Lakin bəri başdan deyək ki, bu, süni, əsassız və kimsəni maraqlandırmayan hoqqadan başqa bir şey deyildir. Belə ki, N.Paşinyan hakimiyyəti və onun KİV-dəki qulbeçələri yeni hökumətin demokratik obrazını formalaşdırmağa çalışırlar. Onlar atdıqları bir-iki addımla Qərbə göstərmək istəyirlər ki, İrəvan artıq demokratik və müstəqil olmağa qərar verib. Korrupsiya ilə mübarizə aparır, yeni gənc kadrlar təyin edir. Eyni zamanda, Rusiyanın hərbi-sənaye kompleksi və "Qazprom"un təsirindən qurtulmaq yolunu tutub. Lakin təkbaşına buna gücü çatmaz, ona görə də Qərb dəstək verməlidir.

Ermənilərdə belə sadəlövh təsəvvür var ki, dünyanın harasında olursa-olsun, demokratiyaya can atanlar varsa, Qərb onların şəksiz xilaskarı olur. İndi N.Paşinyan da Brüsselin dəhlizlərində onun-bunun ardınca sülənərək "Ermənistanda demokratiya var" təbliğatını aparmağa çalışır. Hesab edir ki, bununla Qərb siyasətçiləri "hurrey" deyib, İrəvana axışacaqlar. Və bununla da Ermənistanı hər bir məsələdə, hətta Azərbaycanın torpaqlarını işğalda saxlamaqda dəstəkləyəcəklər. Deməli, faktiki olaraq N.Paşinyan Qərbi də şantaj edir, ona təcavüzkarın yanında durmağı təklif edir.

N.Paşinyan bunu həm də çox qorxduğundan edir. Erməni siyasətçiləri daim hay-haray salırlar ki, Azərbaycanı hərbi əməliyyatlar keçirməyə qoymasınlar. Bilirlər ki, Azərbaycan Ordusu erməni silahlı qüvvələrini darmadağın edəcək. Özünü çox güclü hesab edən erməni ordusu indi Avropaya yalvarır ki, müharibəyə imkan verməsin. Bu qorxu Brüsseldə açıq-aşkar hiss olundu. Bəlkə də elə həmin duyğular N.Paşinyanı onun-bunun arxasınca qaçmağa məcbur edib. Əgər o, Ermənistan ordusunu güclü hesab etsəydi və savaşdan qalib çıxacağına inansaydı, şübhəsiz, indi özünü göylərdə aparardı. Brüsselə də getməzdi, Moskvadan da küsməzdi. Bu o deməkdir ki, N.Paşinyanın addımlarında Azərbaycan qorxusu açıq mövcuddur və o, psixoloji olaraq artıq məğlub durumdadır. Azərbaycan rəhbərliyinin apardığı uğurlu və davamlı siyasət Ermənistan rəhbərliyini yerində oturdub. N.Paşinyan Brüsseldə də Azərbaycanın siyasəti qarşısında diz çökdü!

Əlbəttə, həm də N.Paşinyandan başqa heç kəs axmaq deyil. Avropada çox yaxşı görürlər ki, Ermənistan Azərbaycanın torpaqlarını xarici yardım hesabına işğal edib və nə zamansa oranı mütləq tərk etməlidir. Bunun başqa variantı yoxdur. Həmin səbəbdən də, kimsə ciddi səviyyədə rəsmi İrəvanın yanında dura bilməz. Fraqmentar olaraq onu hansısa məsələlərdə konkret məqsədlərə görə dəstəkləyə bilərlər. Ancaq davamlı dəstək və yardım mümkün deyildir.

Deməli, Ermənistan diplomatiyası çox primitiv üsulla Azərbaycanın təhlükəsizlik siyasətini və ordu quruculuğu kursunu təhrif etməyə çalışır, lakin hər dəfə biabır olur. Əvəzində, N.Paşinyana xəbərdarlıq edilir ki, eyni zamanda, bir neçə stulda oturmasın, yoxsa ciddi xəsarət ala bilər!

Əslində, avropalıların özləri də N.Paşinyanın peşəkar siyasət yeridə biləcəyinə inanmırlar. Bu barədə hətta açıq fikir bildirirlər. Məsələn, Aİ-nin Ermənistandakı səfiri Pyotr Svitalski erməni baş nazirin açıq dilənçiliyinə reaksiya verərək deyib ki, Avropa İttifaqı elə bu gün də Ermənistanın əsas sponsorudur. Yardım proqramı isə apreldə Ermənistanda hakimiyyət dəyişikliyindən əvvəl qəbul edilib. Bundan başqa, rəsmi İrəvanın Brüssel siyasətində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Buna görə də, P.Svitalski istehza ilə sual edir: "Ermənistanın Aİ-yə qarşı dəyişməz siyasəti Avropa İttifaqının Ermənistan siyasətində dəyişikliyə gətirib çıxarmalıdır?".

Çıxış yolu: yenə də vassallıq

Bəli, rəsmi İrəvanın gülünc və əsassız siyasi iddiaları Avropa siyasətçilərində gülüş doğurur. Onlar Ermənistanın doğru yolda olmadığını açıq deyirlər. Ondan ciddi siyasi kurs tələb edirlər. Bununla Ermənistanın geosiyasi kursunun daha bir qüsuru ortaya çıxmış olur. İndi Avropa da Ermənistanı səbatsız mövqe tutmaqda ittiham edir. Brüssel göstərir ki, hər şey yardımlara bağlı deyil, real əməkdaşlıq üçün səmərəli və ölçülü-biçili siyasət xətti seçmək gərəkdir. Bu imkandan isə İrəvan tamamilə məhrumdur. Çünki Ermənistanı ermənilər deyil, Rusiya yaradıb! Ermənistan siyasi, iqtisadi və geosiyasi olaraq Kremlin iradəsindən tam asılıdır. Moskva isə xəyanəti bağışlamır!

Bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri çox uğurlu təsir bağışlayır. İyulun 10-12-də baş tutan həmin səfər zamanı iki mühüm sənəd imzalanıb. Onlardan biri Aİ ilə əməkdaşlığın prioritetləri ilə bağlı olub. Sənəddə Aİ tarixində ilk dəfə olaraq sərhədlərin toxunulmazlığı öz əksini tapıb. NATO-nun qəbul etdiyi sənəddə də Azərbaycanın ərazi bütövlüyünün təmini məsələsi ayrıca vurğulanıb. Bütün bunlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi fikirlər çox maraqlıdır. Dövlət başçısı deyib: "Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir" (bax: Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib /AZƏRTAC, 12 iyul 2018).

Nikol Paşinyan heç bir sənəd imzalaya bilməyib. Onun NATO-nun yekun bəyannaməsinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi də iflasa uğrayıb. N.Paşinyana F.Moqerinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri də tərs sillə kimi dəyib. Aİ rəsmisi açıq bildirib ki, heç bir ön şərt qoymadan danışıqları ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirmək gərəkdir. Bu o deməkdir ki, Aİ danışıqlara Dağlıq Qarabağ separatçılarının qatılmasını qəbul etmir. Deməli, N.Paşinyanın küçədə verdiyi əsas vəd də boşa çıxıb. Bu mənada da onun siyasəti bitib!

İndi N.Paşinyan üçün hansı çıxış yolu qalıb? Ekspertlər deyirlər ki, o, seçim qarşısındadır: 1) Ermənistanı NATO-nun Cənubi Qafqazdakı hərbi bazasına çevirmək və əlavə maliyyə yardımı verilməsini xahiş etmək; 2) və ya özünü Qərbə yaxınlaşan kimi göstərməklə Moskvadan pul xahiş etmək. "Üçüncü variant da vardır - müstəqil güclü iqtisadiyyat yaradıb, inkişaf etdirmək. Ancaq, görünür, bu ssenariyə N.Paşinyan ciddi baxmır" (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, bu, Nikol Paşinyanın faktiki olaraq siyasi iflası deməkdir. Onun başqa çıxış yolu qalmayıb. Ya Qərbə satılmalı, ya da illərdir satıldığı Moskvanın çətiri altında daha dərinliklərə getməlidir. Ekspertlər də hesab edirlər ki, müstəqil inkişaf kursu rəsmi İrəvan üçün əlçatmazdır. Əslində, bu barədə Azərbaycan çoxdandır fikir bildirir. Hətta təklif edir ki, işğaldan əl çəksin. Bu halda onunla əməkdaşlıq məsələsinə yenidən baxılacaq. Hər dəfə olduğu kimi, bu dəfə də Ermənistan rəhbərliyi düşmənçilik və təcavüz yolunu seçir. Bunun da bədəlini çox ağır şəkildə ödəyəcəklər.

Eyni zamanda, görünür ki, dünyanın heç bir geosiyasi güc mərkəzi təcavüzkarın yanında durmaq arzusunda deyil. Artıq haqq-ədaləti bərpa etməyin zamanıdır. Əks halda, dünya xaoslardan, risklərdən, terrordan və böhranlardan qurtula bilməyəcək. Bu mənada bəşəriyyət də seçim qarşısındadır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qahirədə diaspor mərkəzində Azərbaycan multikulturalizmindən danışılıb

Ən ağıllı insanlara malik olan 10 Afrika ölkəsi

Təkrarlanan narahat düşüncələr və davranışların səbəbi bağırsaqdan da qaynaqlana bilər - ARAŞDIRMA

“The African Exponent”: İnfrastrukturu ən çox inkişaf etmiş Afrika ölkələri

Stokholm damlarda qida məhsullarını yetişdirməyə və tullantılarla mübarizə aparmağa başlayır

Krit adasında ağcaqanad sürfələrini məhv edə bilən mikroblar aşkarlanıb

Türkiyəli ekspert: Ermənistan Azərbaycanın ədalətli və əsaslı tələblərinə qulaq asmalıdır

NYT: ABŞ-da yeni partiya yaratmaq Marsa adam göndərməkdən daha çətindir

Araşdırma: Gecə işığına məruz qalma ürək-damar xəstəliyi riskini artırır

Məşhur usta Stradivarinin İkinci Dünya müharibəsi zamanı oğurlanmış skripkası Tokioda tapılıb

“Qarabağ” yoxlama oyununda Ukrayna klubuna məğlub olub

Yəməndə husilərin gəmiyə hücumu nəticəsində iki nəfər itkin düşüb

Babək rayonunun bəzi yaşayış məntəqələrinə qazın verilişində fasilə yaranacaq

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı olub  YENİLƏNİB VİDEO

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı olub  YENİLƏNİB VİDEO

Viktoriya Kobzeva-Qattal: Om-Çantinq Atma Kriya Yoqanın gizli olmayan yeganə texnikasıdır MÜSAHİBƏ

Rusiya İstintaq Komitəsi sabiq nəqliyyat naziri Roman Starovoytun ölümünü təsdiqləyib

Ukrayna Rusiyanın hərbi təmayüllü zavoduna hava zərbələri endirib

Azərbaycanla Pakistan arasında futbol sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

“Şamaxı” klubu isveçrəli futbolçunu transfer edib

Abşeronda çoxmərtəbəli yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

“Həmrəyliyin təşviqi: humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım” mövzusunda müzakirələr aparılıb

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusu müzakirə edilib

“Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda panel müzakirəsi olub

“Qalatasaray” Viktor Osimhen ilə razılıq əldə edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib

Şərurda ərzaq mağazasında yanğın olub

ABŞ-ın nəhəng kimya məhsulları konserni Almaniyadakı bəzi istehsal sahələrini bağlayır

“Məhkəmə prosesləri üzrə strategiyalar” mövzusunda panel müzakirə təşkil olunub

Özbək analitik: ECO-nun gücləndirilməsi, effektivliyinin artırılması deqloballaşma və regionallaşmaya tam uyğun gəlir - MÜSAHİBƏ

Paytaxtın daha 4 məntəqəsində minib-düşmə yerləri yaradılıb

Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib

Heydər Əliyev Beynəlxalq Aeroportuna enerji idarəetməsi üzrə beynəlxalq sertifikat verilib

İrandan Azərbaycana müxtəlif növ narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Dövlət əmlakı olan 74 nəqliyyat vasitəsi hərraclara çıxarılıb

Azərbaycan “Qlobal Dayanıqlı Nəqliyyat Forumu” tədbirində təmsil olunub

Metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Azərbaycan və Çin arasında Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir

Siyəzəndə qadın paraşütlə atlanarkən qayaya çırpılaraq ölüb

“Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydası”na dəyişikliklər təsdiq edilib

Birinci yarımildə dövlət büdcəsindən 152 milyon manatdan çox vəsait geri qaytarılıb

“Zirə” klubu gürcüstanlı futbolçu ilə müqaviləni yeniləyib

Türkiyənin Çorum və Amasya vilayətlərində yayılan xəstəliklə əlaqədar bəzi heyvanların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub

Gənclərin festivalı “YayFest 2025”ə start verildi - 2000-dən çox gənc bir arada VİDEO

Gənclərin festivalı “YayFest 2025”ə start verildi - 2000-dən çox gənc bir arada VİDEO

Bahar Muradova: Uşaq məsələlərinə dair fəaliyyət planının hazırlanmasında beynəlxalq təcrübə mühüm əhəmiyyət daşıyır

Konstitusiya Məhkəməsində yeni hakimlərin kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirilib

Bakıda “Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılışı olub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanı kişi voleybolçular arasında avrokuboklarda təmsil edəcək komandalar bəlli olub

İkinci əl Çin avtomobilləri alarkən nələrə diqqət etməliyik? VİDEO

İkinci əl Çin avtomobilləri alarkən nələrə diqqət etməliyik? VİDEO

BDU-nun 12 məzunu HTP çərçivəsində Macarıstanda və Çində təhsil alacaq

Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Sarı, narıncı və ya qırmızı təhlükə səviyyəsi: bildiriş rəngləri nə deməkdir?

Buzovnadakı çimərlik ərazidə özbaşına tikinti işləri aparan şəxs barəsində tədbir görülüb

Xüsusi elçi: ABŞ Livanda sülh və rifahın yaranmasına sadiqdir

Ankarada keçirilən tədbirdə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi barədə geniş məlumat verilib

Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar

Sədərək rayonunda həyat yoldaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Azərbaycan ilə Pakistan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

“Danas” qasırğası Tayvanda insan tələfatına səbəb olub

Leysan olacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Özbəkistanda Ukraynaya qarşı müharibədə iştirak edən Buxara sakini 5 il müddətinə azadlıqdan məhrum edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələri mükafatlandırıb

Azərbaycan klubu Türkiyədə “Trabzonspor”la qarşılaşacaq

Əməyin təhlükəsizliyi və gigiyenasının yaxşılaşdırılması mövzusunda seminar keçirilir

Keniyada yeni etirazlar gözlənilir

ABŞ-ın tələbi ilə casusluqda ittiham olunan Çin vətəndaşı İtaliyada saxlanılıb

İndoneziyanın rəmzinə çevrilən İstiqlal məscidi - FOTOSESSİYA VİDEO

İndoneziyanın rəmzinə çevrilən İstiqlal məscidi - FOTOSESSİYA VİDEO

Həsrət Cəfərov: MDB Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük hadisədir

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

Dizayn və dekorativ sənət komissiyaları üzrə rəsm fənnindən imtahanın nəticələri ilə bağlı apellyasiya təşkil ediləcək

DHA: Azərbaycanın sənaye zonaları investorları gözləyir

“Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 73-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Şahmat üzrə “Lankaran Open” festivalının açılış mərasimi olub

“Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dünya Bankı Suriya ÜDM-i ilə bağlı proqnozunu açıqlayıb

Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 190 min manat sığorta ödənişi edilib

® Barselonada “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatı keçirilib

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasiminin vaxtı bəlli olub

Mastrixt Universitetinin tələbələri ARDNF-də səfərdə olub

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 68-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda panel müzakirəsi olub

BDU-nun Quba Təlim-Tədris və İstirahət Mərkəzində yay tələbə düşərgəsi təşkil olunub

Azərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti - TƏHLİL

"Milan"ın baş məşqçisi Luka Modriçin keçidini təsdiqləyib

Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırıb

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

Məşhur “La Skala” teatrı geyim şərtlərini açıqlayıb

Almaniyada narkotikdən ölüm halları yüksək səviyyədə qalmaqdadır

Avropa Liqası: “Sabah”–“Selye” oyununa satılan bilet sayı açıqlanıb

Bu il İKZF-nin zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə verilən kreditin həcmi açıqlanıb

Azərbaycan və Türkiyə Ali məhkəmələri arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb

Fransanın “Rafale” qırıcılarının növbəti uğursuzluğu: Belçika və Peru ondan imtina etdi

Siyasi partiya yaradan İlon Maskın “Tesla” şirkətinin səhmləri ucuzlaşır

Cüdo Federasiyası tərəfindən ölkə üzrə paylanmış tatami sayı 10000-i keçib

AZAL “Qiymətin sabitlənməsi” xidmətini istifadəyə verib

II və III ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb