PAUERLİFTİNQ VƏ BENÇ-PRESS ÜZRƏ AVROPA ÇEMPİONATINDA AZƏRBAYCAN 9 İDMANÇI İLƏ TƏMSİL OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 9-dan 12-dək Almaniyada pauerliftinq və benç-press üzrə Avropa çempionatı keçiriləcəkdir.
Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev AZƏRTAC-a bildirmişdir ki, respublikamız qitə çempionatında hər iki idman növündə təmsil olunacaqdır.
İbrahim İbrahimovla (110 kq), Vüsal Mərdanov (100 kq) yalnız benç-press, Namiq Cəfərov (90 kq), Ramin Rzayev (75 kq), Cabbar İbrahimov (90 kq), Sərxan Əliyev (75 kq) isə hər iki idman növü üzrə güclərini sınayacaqlar. Yığma komandanın liderləri Mustafa Əhmədov (90 kq), Bəxtiyar Quliyev (110 kq) və Rüfət Ağayev (125 kq) isə yalnız pauerliftinq üzrə çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]