Paytaxt sakinlərinə rayon qeydiyyatlı vətəndaşların şəxsiyyət vəsiqələrini verərək postdan keçirmək istəyən şəxslər saxlanılıblar
Bakı, 22 avqust, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları avqustun 21-də Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində karantin rejimi ilə əlaqədar qurulmuş postda Astara rayon sakini R.İsgəndərovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı R.İsgəndərovun və sərnişini Şabran rayon sakini A.İsayevin Bakı şəhər sakinləri olan 7 sərnişinə pul müqabilində rayon qeydiyyatlı vətəndaşlara məxsus şəxsiyyət vəsiqəsi verərək onları rayon istiqamətinə postdan keçirməyə cəhd etməsi müəyyənləşdirilib.
Həmin yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib. R.İsgəndərov və A.İsayev isə müvafiq araşdırmaların aparılması üçün Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinə təhvil veriliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]