CƏMİYYƏT
Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs tutulub
![Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs tutulub](/files/2020/1/1200x630/1581409779357811237_1200x630.jpg)
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 4-də saat 21 radələrində paytaxt ərazisində soyğunçuluq əməli törətməkdə şübhəli bilinən şəxs Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 1988-ci il təvəllüdlü qadının qoluna toxunmaqla yerə saldığı və içərisində 390 manat pul, sənədləri və digər əşyaları olan əl çantasını talamaqda şübhəli bilinən 1986-cı il təvəllüdlü Bəhruz Muradov keçirilən təxirəsalınmaz tədbirlərlə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Onun üzərindən 0,015 qram heroin, 0,697 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxsin ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]