Pekin metrosunda pilot layihə: gediş haqqı necə ödənilir
Bakı, 22 may, AZƏRTAC
Pekin metropoliteninin xətlərindən birində gediş kartı ilə ödəniş etməyə və ya QR-kodu oxutmağa ehtiyac qalmayıb. Bundan sonra sərnişinlər yalnız ovuclarını skan edərək gediş haqqını ödəyə bilərlər.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Pekin nəqliyyat departamentinin məlumatına görə, mayın 21-də paytaxtda yeni ödəniş texnologiyasının tətbiqi ilə bağlı pilot layihə start götürüb. Paytaxt sakinləri biometrik məlumatlarını stansiyada quraşdırılan xüsusi aparata daxil etdikdən və “WeChat” tətbiqində qeydiyyatdan keçdikdən sonra gediş haqqını ödəmək üçün ovuclarını dayanacaqlardakı turniketlərdə skan etməlidir.
Turniketlər ovuc içinin və venoz damarların cizgilərini təmassız tanıya bilir. Yeni texnologiya nağd pulu olmayan və smartfonlarının enerjisi bitən sərnişinlərə də metrodan istifadə etmək imkanı verir.
Paytaxtın nəqliyyat departamenti istifadəçi məlumatlarının qorunması üçün şifrələmə texnologiyalarından istifadə olunduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]