Azərbaycan Dövlət İnformasiya Agentliyi

PENSƏR KƏNDİNDƏKİ 2 NÖMRƏLİ ORTA MƏKTƏBİN PEDAQOQU, ƏMƏKDAR MÜƏLLİMİ ŞABALA ƏLİYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Sizi Azərbaycanımızın ən gözəl guşələrindən birində, cənub incisi

adlanan Astarada rayon ictimaiyyəti və ziyalıları adından salamlayır, Sizə “Xoş gəlmisiniz!” deyirəm.

Möhtərəm Prezident! Biz hələ də Sizin bir il bundan əvvəl Astaraya gəlişinizin xoş təəssüratı altındayıq. Ötən bir il ərzində rayonumuzda yüksək inkişaf olmuş, yeni iş yerləri açılmışdır. Sizin hər gəlişiniz bizim üçün sevincdir, bayramdır. Qədəmləriniz mübarək olsun! İnanırıq ki, bu gəlişiniz də uğurlu olacaq və bütün sahələrdə inkişaf olacaqdır.

Möhtərəm Prezident, ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanımız üçün etdikləri barədə illərlə, aylarla danışmaq olar. Biz ulu öndərimizin siyasətini həmişə dəstəkləmişik və dəstəkləyəcəyik.

Astaralılar ulu öndərimizin onlar haqqında dediyi xoş sözləri həmişə yadda saxlayırlar və heç zaman unutmurlar. Fərəhli haldır ki, bu gün Sizin kimi qüdrətli və layiqli oğlu ulu öndərimizin siyasətini uğurla davam etdirir.

İndi təkcə Astarada deyil, bütün Azərbaycanda yüksəliş dövrüdür. Haraya baxırsan, inşaat-abadlıq işləri gedir. Yeni iş yerləri yaradılır, əmək haqları artırılır, tələbələrin təqaüdləri artırılır. Bütün bunlara görə Sizə minnətdarıq, çox sağ olun.

Cənab Prezident! Bu gün respublikada ilk dəfə olaraq rayonumuzda modul tipli elektrik stansiyasının bünövrəsinin qoyulması və qaz-kompressor stansiyasının açılması bizim regiona, bizim bölgəyə olan böyük etimadınızın nəticəsidir. Çox sağ olun. Biz buna həm sevinirik, həm də Sizə olan inamımız qat-qat artır.

Cənab Prezident! Siz neçə illərdir ki, həm də respublika Olimpiya Komitəsinin rəhbəri kimi fəaliyyət göstərirsiniz. İdmançılarımızın dünya meydanlarında öz dəst-xətləri vardır və bu müvəffəqiyyətin qazanılmasında astaralı idmançıların da çox böyük rolu vardır. Öz adımdan, rayonumuzun gəncləri adından, bütün idmançılar adından xahiş edirəm ki, Astarada da müasir tipli Olimpiya İdman Kompleksinin tikilməsi üçün sərəncam verəsiniz.

Cənab Prezident, Azərbaycan xalqı seçkilərə hazırlaşır. Sizi əmin etmək istəyirəm ki, bizim rayonumuzda da xalq öz layiqli övladlarına səs verəcəkdir. Düzdür, müxalifət müxtəlif üsullardan istifadə edərək, bəzən suyu bulandırmaq istəyir. Lakin xalq onlara inanmır, kimin kim olduğunu yaxşı tanıyır.

Fürsətdən istifadə edərək, sadə əməyimi qiymətləndirib mənə Azərbaycanımızın əməkdar müəllimi adını verdiyinizə görə dərin minnətdarlığımı bildirirəm. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Sizə cansağlığı, ailə səadəti, Azərbaycanımızın bayrağının daha da yüksəklərə qaldırılması naminə şərəfli işinizdə müvəffəqiyyət arzu edirəm.

Sağ olun!

X X X

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Bir sözlə, bütün bu görülən işlər imkan verəcək ki, ölkəmiz hərtərəfli inkişaf etsin, bölgələrdə abadlıq-quruculuq işləri daha da sürətlə getsin.

Bu bölgədə son illər ərzində böyük işlər görülüb və daha da böyük işlər görüləcəkdir: Astara elektrik stansiyasının tikintisi, qaz-kompressor stansiyasının tikintisi, Astara-Qazıməmməd magistral qaz kəmərinin bərpası. Sonuncu bu bölgəyə böyük təzyiqlə qaz verilməsini təmin edəcəkdir. Bu gün Lənkəranda tikiləcək aeroportun təməl daşını qoyduq. Bu aeroport bütün bölgəyə xidmət edəcəkdir. Eyni zamanda, Lənkəranda regional müalicə və diaqnostika mərkəzinin təməlini qoyduq. Orada ən müasir tibb avadanlığı olacaqdır. Həmin mərkəz bütün bölgəyə xidmət edəcəkdir.

İqtisadi islahatlar və sosial problemlərin həlli paralel məsələlərdir. Biz bunları bir-birindən ayıra bilmərik. Bazar iqtisadiyyatı siyasətinə sadiqik və Azərbaycan bu yolla inkişaf edir. Ancaq eyni zamanda, sosial məsələlərin həllinə böyük diqqət göstərilməlidir. Çünki biz xalq üçün işləyirik, xalq üçün fəaliyyət göstəririk. Xalq bizə, iqtidara etimad göstərib və biz də çalışmalıyıq ki, bu etimadı doğruldaq.

Bizim büdcəmiz həm investisiya yönümlüdür, həm də sosial yönümlüdür. Büdcəmiz artır. Mən dəfələrlə bəyan etmişdim ki, büdcəmiz ildən-ilə çox yüksək templə artmalıdır. Gələn il büdcəmiz 1 milyard və bəlkə də 1,5 milyard dollar artacaqdır. Azərbaycanın illik büdcəsi 3,5 milyard dollar olmalıdır. Halbuki, 2004-cü ildə 1,5 milyard dollar idi. İki il ərzində xəzinəmizə iki milyard dolların daxil olması çoxlu problemlərimizin həllinə kömək edəcəkdir.

Bu stansiya da həmin pullara alınır. Stansiyanın tikintisi üçün biz heç bir kredit götürmürük, beynəlxalq maliyyə təsisatlarına müraciət etmirik. Öz vəsaitimiz var, öz pulumuz var. Bu pulu da gərək çox səmərəli işlədək, Azərbaycanı narahat edən, ölkəmizə ən böyük çətinlik yaradan problemlərin aradan qaldırılmasına yönəldək.

Bütün bu görülən işlərin təməlində 1990-cı ilin ortalarında başlanmış Heydər Əliyevin neft strategiyası dayanır. Bu barədə çox danışılır, çox sözlər deyilir. Artıq hamı üçün aydındır ki, bu siyasət Azərbaycanın indiki inkişafına çox gözəl təsir göstərir. Eyni zamanda, bu, ölkəmizin qarşısında duran bütün məsələlərin həllinə kömək edəcəkdir.

Çünki hər şey imkanla, iqtisadi vəziyyətlə, ölkəmizin maliyyə qurumu ilə bağlıdır. Əgər imkan olmasa, vəsait olmasa, heç bir işi görmək mümkün deyildir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tək qalmışdı. Heç kim bizə kömək etmirdi, heç bir yardım almırdıq. Biz həmişə öz gücümüzə arxalanırdıq. Ancaq yadınızdadır ki, o illər necə ağır keçibdir. 1990-cı illərin əvvəlindəki iqtisadi böhran, xaos, hərc-mərclik, ictimai-siyasi sabitliyin pozulması ölkəmizi faktiki olaraq dünya xəritəsindən silirdi.

Ancaq Azərbaycanın bugünkü inkişafına baxın. Düzdür, problemlər var və biz onları bilirik və həll də edirik. Ancaq Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycana çoxlu investisiyalar qoyulur. Azərbaycanda yeni yollar, elektrik stansiyaları tikilir, su xətləri, qaz xətləri çəkilir. Azərbaycanın hərbi potensialı möhkəmlənir. Bura sərhəd rayonudur. Sərhədlərimiz də lazımi səviyyədə qorunur və sərhəd infrastrukturunun inkişafına vəsait ayrılır. Hərbi büdcəmiz gələn il iki dəfə artacaqdır. Bütün başqa xərclər də artacaq, maaşlar, təqaüdlər qaldırılacaqdır. İnkişaf budur. Hər bir ölkənin inkişafı üçün bu amillər çox böyük əhəmiyyət kəsb edir. Ona görə bu gün görülən işlər həm Azərbaycanın bu gününə, həm də sabahına xidmət edəcəkdir.

Bu stansiya, sadəcə, bir stansiya deyil, bölgənin inkişafına böyük təsir göstərəcək obyektdir. Mən əminəm ki, stansiya dekabrın sonuna qədər tikilib istifadəyə veriləcək və siz də bunun səmərəsini görəcəksiniz.

Əziz astaralılar, yadımdadır, bir il bundan əvvəl Astaraya gəlmişdim, sizinlə görüşmüşdüm. O vaxt müraciətlər oldu, şikayətlər oldu, mənə məktublar verildi. Bu müraciətlərə, məktublara operativ şəkildə reaksiya verildi. Çünki hər bir fərdin məsələsi bizim üçün vacibdir. Əgər insanı nə isə narahat edirsə, əgər o müraciət edirsə, deməli, problemi var və o problem də gərək öz həllini tapsın. Mən sizi əmin etmək istəyirəm ki, gələcək fəaliyyətimdə də bu siyasətə sadiq olacağam, əlimdən gələni edəcəyəm ki, Azərbaycan daha da möhkəmlənsin, Azərbaycanda hər bir insan daha da yaxşı yaşasın.

Sizi bir daha ürəkdən salamlayır və sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

(Azərbaycan Prezidentinin nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub