“PENSİYA SİSTEMLƏRİNİN MODELLƏŞDİRİLMƏSİ VƏ DİZAYNI” MÖVZUSUNDA SEMİNAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində “Pensiya sistemlərinin moderlləşdirilməsi və dizaynı” mövzusunda seminar olmuşdur. Tasis proqramı çərçivəsində keçirilən seminarda əlaqədar nazirlik və komitələrin nümayəndələri iştirak edirdilər.
Avropa İttifaqının eksperti xanım Kristina Linder seminar iştirakçılarına sosial büdcənin təşkili və proqnozlaşdırılması, Avropa ölkələrində mövcud olan müxtəlif pensiya sistemlərinin xüsusiyyətləri, pensiyaların ödənilməsində qarşıya çıxan problemlərin aradan qaldırılması yolları barədə ətraflı məlumat verdi, pensiya sistemlərinin proqnozlaşdırılması ilə bağlı xarici ölkələrdə tətbiq olunan modellərdən Azərbaycanda istifadə etmək üçün müasir və dolğun məlumat bazası yaratmağın əhəmiyyətindən danışdı.
Seminarda qeyd edildi ki, iqtisadi göstəricilər, vəsaitlərin yığımı, əhalinin demoqrafik tərkibi, xüsusilə də miqrasiya haqqında məlumatlar əsasında, pensiyaçılarla əlaqədar bazanın yaradılması üçün əmək və əhalinin sosial müdafiəsi nazirliyində mühüm işlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:28]
AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb
- 04.06.2026 [17:59]
DSMF: Ötən ay 31 min 746 vətəndaşın müraciəti cavablandırılıb
- 04.06.2026 [17:56]
Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub
- 04.06.2026 [17:41]
AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir
- 04.06.2026 [17:37]
Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb
- 04.06.2026 [17:28]