Pentaqon Ukrayna üçün 2 milyard dollarlıq yeni yardım paketi hazırlayır
Bakı, 9 iyun, AZƏRTAC
Pentaqon bu gün Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün sursatların da daxil olduğu 2 milyard dollarlıq yeni hərbi yardım paketini elan etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Ukraynanın təhlükəsizliyinə yardım məqsədi daşıyan həmin vəsait paketə buraxılış qurğuları, həmçinin “Hawk” zenit kompleksi və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına yönəldiləcək.
Aprelin sonlarına olan məlumata görə, Birləşmiş Ştatların Ukraynaya hərbi yardımlarının ümumi həcmi artıq 36 milyard dolları ötüb. Bəzi amerikalı ekspertlər hesab edirlər ki, bu, ABŞ Silahlı Qüvvələrinin silah ehtiyatını tükəndirə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]