Perm şirkətlərinin Azərbaycanın sənaye parklarına və aqroparklara cəlb edilməsi müzakirə olunub
Bakı, 2 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyində Rusiya Federasiyasının Perm vilayətinin qubernatoru Dmitri Maxonin ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Perm vilayəti arasında ticarət əlaqələri, “Made in Azerbijan” brendli məhsulların Permdə keçirilən sərgilərdə tanıdılması, Perm şirkətlərinin Azərbaycanın sənaye parklarına və aqroparklara, eləcə də Ələt Azad İqtisadi Zonasına cəlb olunması, maşınqayırma, kimya və neft kimyası sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.