Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib
Bakı, 25 may, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı mayın 25-nə olan cədvələ uyğun yayımlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi, qrimçi-pastijor, geyim üzrə dizayner, aşpaz, avtomobil diaqnostikası və təmiri, avtomatika üzrə usta, mehmanxana inzibatçısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi yutub kanalı ilə yanaşı, feysbuk səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]