Peşəkar döyüşçülərimiz güclərini dünya arenalarında sınayacaq
Bakı, 27 avqust, AZƏRTAC
Peşəkar döyüşçülərimiz güclərini dünya arenalarında sınayacaqlar.
AZƏRTAC xəbər verir ki, avqustun 27-də Gündüz Nəbiyev və “ASED Fighting Championship” (AFC ASED) liqası çempionu Anar Əzizli Qazaxıstanın tanınmış liqası “Octagon”da döyüşəcəklər.
Sərxan Vəlili və Mürvət Rüstəmov isə qüvvələrini Gürcüstanın GFC liqasında sınayacaqlar.
Xatırladaq ki, S.Vəlili son döyüşünü Pakistanda keçirmişdi və yerli idmançıya ikinci raundda boğucu fəndlə qalib gəlmişdi. M.Rüstəmov gənc istedadlardandır. AFC ASED gənc aslanlar və “Selection” seriyalarında inamlı çıxış nümayiş etdirib.