Peyvəndlər qrip və COVID-19 səbəbindən xəstəxanaya müraciətləri əhəmiyyətli dərəcədə azaldır
Berlin, 16 dekabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) tərəfindən aparılan yeni tədqiqatı 2024-2025-ci il mövsümündə Avropada yaşlı əhali arasında qrip və COVID-19 peyvənd proqramlarının xəstəxanaya yerləşdirmələri əhəmiyyətli dərəcədə azaldığını müəyyən edib.
AZƏRTAC ECDC-yə istinadla xəbər verir ki, tədqiqat yaşı 65 və daha çox olan şəxslər arasında qrip səbəbilə xəstəxanaya yerləşdirmələrin 26-41 azaldığını göstərib. Bu göstərici eyni yaş qrupu üzrə COVID-19 səbəbilə müraciətlərdə 14-20 faiz təşkil edib.
Tədqiqat, həmçinin ölkələr arasında peyvəndləmə səviyyələrində ciddi fərqliliklərin olduğunu üzə çıxarıb. Bunun milli səhiyyə sistemlərinin üzərində təzyiqi azaltmaq üçün daha çox işlərin görülə biləcəyini göstərdiyi qeyd olunub.
Peyvəndlərin ağır xəstəliklərin qarşısının alınmasına təsirinin sübut edilməsinə baxmayaraq, Aİ-yə üzv ölkələrin əksəriyyətində risk qrupları üçün qrip peyvəndləmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hədəflərindən geri qalır, COVID-19 vaksinasiyasının səviyyəsi isə davamlı olaraq azalır.
Bu nəticələr göstərir ki, həm mövsümi qrip peyvəndi kimi uzunmüddətli tədbirlər, həm də COVID-19 peyvənd proqramları vasitəsilə xəstəxanalardakı yükün azaldılması üçün hələ də böyük potensial mövcuddur. Peyvəndləmə səviyyəsində kiçik artımlar belə xəstəxanaya yerləşdirmələrin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [16:05]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:41]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:14]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]