PFL-in vitse-prezidenti: İclasda xüsusi təkliflər klubların nəzərinə çatdırıldı
Bakı, 19 oktyabr, AZƏRTAC
“Klublar Komitəsinin iclası müntəzəm şəkildə ildə bir neçə dəfə olmaqla keçirilir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev Klublar Komitəsinin dünənki iclasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.
PFL rəsmisi iclasın gündəliyində duran bir sıra məsələlərin klub nümayəndələrinin diqqətinə çatdırıldığını bildirib: “Təbii ki, bu cür məsələlər AFFA, PFL və Premyer Liqada çıxış edən klubların rəsmiləri arasında müzakirə olunur, gələcək planlarla bağlı fikir mübadiləsi aparılır. İclasda bəzi xüsusi təkliflər klubların nəzərinə çatdırıldı. Buraya oyunların təşkili, başlama saatı və s. kimi məsələlər də daxildir. Hələlik heç bir yenilik yoxdur. Amma hansısa yenilik olarsa, buna əvvəlcə AFFA-nın İcraiyyə Komitəsi baxır, daha sonra təsdiqlənir”.
Qeyd edək ki, iclasda “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov Klublar Komitəsinin yeni sədri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]