PİYADANIN HƏYATINI XİLAS ETMƏK MÜMKÜN OLMAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azadlıq prospektində Bakı şəhər sakini Vüqar Bayramovun idarə etdiyi “Mercedes” markalı və Şərur rayon sakini Qeysər Seyidova məxsus “VAZ-21011” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, “Jiquli”dəki sərnişinlərdən 25-30 yaşlı kişi hadisə yerində ölmüş, xəsarət almış Naxçıvan şəhər sakini Razi Quliyev və V.Bayramov xəstəxanaya yerləşdirilmişlər.
Elə həmin prospektdə Bakı şəhər sakini Emin Bədəlov “VAZ-2106” markalı avtomaşınla Sabunçu qəsəbə sakini Hökumə Quliyevanı vurmuşdur. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmamışdır.
Hər iki faktla bağlı cinayət işi başlanmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]