PLENAR ASSAMBLEYANIN İCLASINDA AZƏRBAYCANIN SƏDRLİK MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNACAQDIR
Milli Məclisin deputatı Siyavuş Novruzovun başçılığı ilə parlament nümayəndə heyəti LİNKS qeyri-hökumət təşkilatı çərçivəsində keçiriləcək Üçüncü Plenar Assambleyanın iclasında iştirak etmək üçün yanvarın 16-da Sloveniyanın Lyublyana şəhərinə yola düşəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Səyyad Salahlı, Ağabəy Əsgərov, Oqtay Səmədov, Tahir Rzayev, Mirkazım Kazımov, Elbrus Təhməzov, Rauf Qurbanov və Əliməmməd Nuriyev daxildirlər.
Plenar Assambleyanın iclasında Cənibi Qafqaz Parlament Təşəbbüsü qurumunda sədrliyin Azərbaycan tərəfinə verilməsi məsələsi müzakirə ediləcəkdir. Deputatlarımız “Avropa bizim seçimimizdir” mövzusunda keçiriləcək konfransda da iştirak edəcəklər.
Səfər yanvarın 21-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]