“Poedem, poedim!” proqramın növbəti buraxılışı Azərbaycana həsr olunub VİDEO



Moskva, 27 noyabr, AZƏRTAC.
Rusiyanın NTV kanalında yayımlanan “Poedem, poedim!” proqramın növbəti buraxılışı Azərbaycana həsr olunub.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Con Uorren Azərbaycana səfəri zamanı Bakının görməli yerlərini gəzib, Qobustanda olub, Azərbaycan məhsullarının və xörəklərinin dadına baxıb. Aparıcı rəssamlar Faiq Əhmədov və Rəşad Ələkbərovla görüşüb, Azərbaycan incəsənəti və musiqisi barədə maraqlı faktlar öyrənib.
Azərbaycanlı televiziya aparıcısı Leyla Quliyeva tamaşaçılara “Şah plov”un hazırlanma qaydalarından danışıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva