“Politico”: Respublikaçı Emmer ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd ola bilər
Bakı, 21 oktyabr, AZƏRTAC
Respublikaçı Tom Emmer ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd olmaq barədə düşünür.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb. Qəzetin mənbələrinə görə, Emmer və onun tərəfdaşları bu barədə müvafiq məsləhətləşmələr aparırlar.
ABŞ mətbuatının yazdığına görə, respublikaçı Cim Cordan (Ohayo) Nümayəndələr Palatasının sədri postu uğrunda mübarizədən kənarlaşıb. Əvvəllər onun namizədliyini təsdiqləmək üçün edilən üç cəhd uğursuz alınıb.
Qeyd edək ki, Nümayəndələr Palatasında əksəriyyət oktyabrın 3-də respublikaçı Kevin Makkartinin spiker postundan uzaqlaşdırılmasına səs verib. ABŞ tarixində ilk dəfə olaraq aşağı palatanın spikeri vəzifəsindən kənarlaşdırılıb. O vaxtdan bəri Respublikaçı Patrik Mkhenry bu vəzifəni müvəqqəti olaraq yerinə yetirib. Makkartinin vəzifədən kənarlaşdırılması proseduru Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının sağçıları tərəfindən irəli sürülüb. Yeni spiker seçilənə qədər aşağı palatanın işi iflic vəziyyətə düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]