Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verir

Politoloq: Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verir

Bakı, 15 dekabr, AZƏRTAC

Azərbaycanın xarici siyasətində Avropa İttifaqına üzv ölkələr ilə əməkdaşlıq mühüm prioritet təşkil edir. Bu xüsusda Avropa İttifaqı (Aİ) ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 2004-cü ildən etibarən Aİ ilə bağlı 9 dəfə Brüsselə səfər edib. 2012-ci ildən etibarən Aİ Şurasının prezidentləri 4 dəfə, 2011-ci ildən isə Avropa Komissiyasının prezidentləri 2 dəfə Azərbaycanda səfərdə olublar. Sonuncu dəfə Aİ Şurasının Prezidenti Şarl Mişel bu ilin iyul ayında ölkəmizdə səfərdə olub. Bu səfər də Şarl Mişelin regionu tanıması və regionun spesifikası ilə tanış olması baxımından əlamətdar olub. Azərbaycan-Aİ əlaqələrinin hazırkı siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Sənəd 2018-ci il iyulun 11-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının sabiq Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb. Qeyd edək ki, sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib. Qeyd etməkdə fayda var ki, hazırda sənədin qüvvədə olma müddətinin uzadılması istiqamətində iş aparılır.

Digər tərəfdən, Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların başlanğıcının qeyd edilməsi məqsədilə Aİ Şurasının Prezidenti Donald Tuskun dəvəti əsasında Prezident İlham Əliyev 2017-ci ilin fevralında Brüsselə işgüzar səfər etmişdi. 2017-ci ildən etibarən yeni hərtərəfli saziş üzərində danışıqlar aparılır. Layihənin təqribən 90 faizi razılaşdırılmış vəziyyətdədir. Azərbaycanın rəhbər tutduğu əsas yanaşma ondan ibarətdir ki, saziş layihəsi üzrə danışıqlar bərabərhüquqlu tərəfdaşlıq prinsipi üzrə həyata keçirilməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır: “Azərbaycanın ticarətinin 40 faizdən çoxu Aİ-ə üzv dövlətlərinin payına düşür. Bu da ticari-iqtisadi münasibətlərdə böyük göstərici hesab olunur. 2020-ci ildə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Bununla yanaşı, Aİ-yə üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Belə ki, Azərbaycanın qaz ehtiyatları ölkəmizin ən azı 100 il ərzində Avropaya qaz nəql etməsinə imkan verəcək. Bu da ölkəmizin 100 il ərzində Avropa məkanının etibarlı enerji təchizatçısı rolunda çıxış etməsinə imkan verir.

Azərbaycanın dəstəyi və siyasi iradəsi ilə ərsəyə gəlmiş Cənub Qaz Dəhlizi Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi 7 ölkəni birləşdirir. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi Trans-Adriatik boru kəməri (TAP) uğurla istismara verildi. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib. Bunlar Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstandır. Həmçinin Azərbaycan Aİ ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına da sədrlik edir. Bundan əlavə Azərbaycan ilə Aİ arasında nəqliyyat və təhlükəsizlik sahələri üzrə siyasi dialoq mexanizmi təsis edilib.

Azərbaycan çoxtərəfli formatla yanaşı, Aİ-yə üzv ölkələrlə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə də böyük önəm verir. Bu səbəbdəndir ki, Azərbaycan Aİ-nin 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Strateji tərəfdaşlıq haqında sənəd imzalanan ölkələr Latviya, Litva, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya və Polşadır. Bu da ölkəmiz üçün mühüm göstərici kimi xarakterizə olunur. Azərbaycan “Şərq Tərəfdaşlığı” (ŞT) proqramı çərçivəsində 2009-cu ildən bəri Aİ ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Qeyd edək ki, ŞT 2009-cu ildə Praqada keçirilmiş zirvə görüşü zamanı elan edilib. Qeyd edək ki, ŞT Azərbaycana çoxtərəfli platformada bir sıra məsələlər üzrə fikir mübadiləsi aparmaq, regional siyasət kontekstində öz milli maraqlarını irəlilətmək, Aİ-nin region üzrə siyasətinə təsir göstərmək, Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyini tamamlamağa imkan yaradır. ŞT üzrə zirvə görüşləri ŞT və Aİ ölkələrinin dövlət və hökumət başçılarının, Avropa Komissiyasının, Aİ Şurasının rəhbərlərinin, Aİ-nin digər strukturlarının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə iki ildən bir keçirilir. Əvvəlki zirvə görüşləri 2009-cu ildə Praqa, 2011-ci ildə Varşava, 2013-cü ildə Vilnüs, 2015-ci ildə Riqada, 2017-ci ildə Brüsseldə keçirilmişdir. 2021-ci il dekabrın 15-də Brüsseldə keçiriləcək Zirvə Görüşü 6-cı olacaq. Görüşdə bir sıra önəmli məsələlərin müzakirəsi də nəzərdə tutulub.

İlyas Hüseynov vurğulayıb ki, 2020-ci il iyunun 18-də ŞT ölkələrinin liderlərinin videokonfransında Prezident İlham Əliyev bildirmişdi ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir. Bu dəfə Prezident İlham Əliyev 6-cı Zirvə Görüşünə münaqişəni ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edən Müzəffər Ali Baş Komandan kimi qatılacaq. Digər tərəfdən, 2021-ci ilin iyun ayında Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi, Azərbaycanın 15 erməni hərbçini Ermənistana təhvil verməsi kimi humanitar aksiyanın həyata keçirilməsində Aİ Şurasının Prezidenti Şarl Mişelin də vasitəçilik rolu olub.

Aİ ölkələrindən olan şirkətlərin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakı, ərazilərin minalardan təmizlənməsi işinə töhfə vermələri arzuolunandır. Bundan başqa, Aİ Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərinə, regionda kommunikasiyaların açılması prosesinə də töhfə verə bilər. Eyni zamanda, qeyd edək ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 20-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn Zirvə Görüşündə Aİ-nin Ali nümayəndəsi Jozep Borell videomüraciət ilə çıxış etdi. Aİ rəsmisinin Zirvə Görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO