Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir

Politoloq: Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir

Bakı, 5 fevral, АZƏRTAC

Postmüharibə dövründə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 2021-ci ilin dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 5 saata yaxın davam edən müzakirələr baş tutmuşdu ki, detallara toxunmadan öncə ümumi dəyərləndirsək, görüş nəticəsində Aİ-nin mövqeyi ilə Azərbaycanın siyasi gündəliyi üst-üstə düşmüş, dövlətimizin başçısı İlham Əliyev də bu danışıqları konstruktiv mühitdə keçən səmərəli və praqmatik görüş kimi xarakterizə etmişdi.

Fevralın 4-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi ki, Brüsseldə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutan üçtərəfli görüşü nəzərə almasaq, bu görüş Qərbin vasitəçiliyi ilə reallaşdırılan sayca ikinci olsa da, görüş əsnasında müzakirə edilən məsələlər və Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatı üzrə qəbul edilən sənəd mahiyyət və məzmun etibarilə daha öncəki görüşlərin ruhuna tamamilə uyğun idi. Bir cümlə ilə ifadə etsək, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, üçtərəfli görüşün detallarını dəyərləndirərkən nəticə olaraq Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatı üzrə sənəddə Rusiya Federasiyasının Prezidenti Vladimirin Putinin vasitəçiliyi ilə baş tutan 2021-ci il yanvarın 11-də Moskva, 2021-cil il noyabrın 26-da Soçi və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə reallaşdırılan 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk Qrupuna istinad yer almadı. Bir digər xüsusi məqam ondan ibarətdir ki, sənəddə Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadə də mövcud deyil. Bu məsələ bir tərəfdən Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti təzahür formasıdırsa, digər tərəfdən də Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olaraq bu reallığı qəbul etməsindən xəbər verir. Onu da mütləq vurğulamalıyıq ki, Fransa bu tədbirdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak etdi. Bütövlükdə, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin əsasında dayanan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər olduqca mühüm əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında dövlətlər arasında siyasi, iqtisadi, ekoloji, sosial və mədəni sahələrdə münaqişə dövrünün bütün mərhələlərində və təhlükəsizliyin həyata keçirilməsi tədbirlərində etimad quruculuğu məsələsi mühüm əhəmiyyət kəsb edir. Bu isə həm sistemli yanaşma, həm də beynəlxalq dəstək tələb edən bir məsələdir. Eskalasiyanın yenidən kəskinləşməsinin qarşısını almaq, postmünaqişə və postmüharibə dövrünün həll edilməmiş məsələlərinin davamlı həllinə zəmin yaratmaq üçün etimad quruculuğu işində qarşılıqlı siyasi iradə olmalıdır. Azərbaycan tərəfi davamlı olaraq siyasi iradə və qətiyyət göstərir. Önəmli olan məsələ Ermənistanın da eyni tendensiyadan çıxış etməsi və müvafiq qərarlar alaraq konkret addımlar atmasıdır. Burada bir məsələni də vurğulamaq lazımdır. Nəzərə alsaq ki, Türkiyə və Ermənistan dövlətləri arasında xüsusi nümayəndələrin ilkin görüşü baş tutdu, qarşılıqlı müsbət mesajlar verildi və son günlərdə "A Haber" televiziya kanalına müsahibəsində Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın baş naziri Nikol Paşinyanın mart ayında Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün Türkiyəyə səfər edəcəyi ilə bağlı xəbər verdi ki, bu amil də etimad quruculuğunun yaranması prosesində olduqca mühüm əhəmiyyət kəsb edir. Onu da nəzərə alsaq ki, foruma Azərbaycan da dəvət olunub, o zaman deməli, sülh sazişi üzrə danışıqların başlanması prosesinin yetişməsi perspektivləri ilə bağlı ciddi addımlar var. Burada isə etimad quruculuğunun siyasi aspektlərindən biri kimi tarixdən də analoji nümunə gətirə bilərik. Məsələn, Misir-İsrail sülh müqaviləsinə yol açan 1977-ci ildə Misir Prezidenti Ənvər Əl-Sadatın Qüdsə səfəri bu strategiyadan sonra uğurlu qeyri-hərbi etimad quruculuğuna nümunədir.

“2021-ci il dekabrın 14-də Brüsseldə baş tutan görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidentinin bəyanatında Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən çox şəxsin taleyi haqqında hələ də məlumatın olmamasının və Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusunun ilk dəfə salınması, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyinin diqqətə çatdırılması Azərbaycan üçün çox vacib məqam idi. Bundan sonra 2021-ci ilin dekabrın 19-da Azərbaycan humanizm prinsiplərinə sadiqlik göstərərək daha 10 erməni hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verdi. Son görüş əsnasında da humanitar məsələlərə dövlətimizin başçısı tərəfindən xüsusilə və həssaslıqla toxunuldu. Belə ki, dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsi, o şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, onların yerlərinin dəqiq koordinatlarla Ermənistan tərəfindən verilməli olduğu məsələsini qabartdı. Müzakirələr zamanı Prezident İlham Əliyev Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə də xüsusi diqqət verdi”, - deyə politoloq vurğulayıb.

Ş.Həsənovanın sözlərinə görə, Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirdi ki, Avropa İttifaqı Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasına töhfə verməyə və tərəflər arasında barışıq səylərini dəstəkləməyə hazırdır. Bunu etmək üçün, təbii ki, müxtəlif imkanlar mövcuddur. Bu baxımdan burada mütləq qeyd etməliyik ki, beynəlxalq ictimaiyyət də etimad quruculuğu məsələsində tərəflərə dəstək olmalıdır. Beynəlxalq ictimaiyyət tərəflərin siyasi iradə çatışmazlığını tez bir zamanda həll edə bilməsə də neytral yoxlamanın təmin edilməsində və ya ikili standartlara və ədalətsizliyə yol vermədən neytrallıq prinsipinə əməl edərək problemlərin həllində, məsələlərin layihələndirilməsində və ya potensialın yaradılmasında yardım edə bilər. Nəzərə alsaq ki, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, xalqlar arasında dostluq, dövlətlər arasında əməkdaşlıq münasibətlərinin inkişafı, habelə insan hüquqlarının müdafiəsi məsələlərinin artırılması məqsədilə yaradılmış Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan UNESCO-nun mədəni sahədə etimad quruculuğunun yaradılması işindəki addımları mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq təşkilatların bir missiyası da humanitar, mədəni, sоsiаl, iqtisаdi хаrаktеrli prоblеmlərin həllində bеynəlхаlq əməkdаşlığı həyаtа kеçirmək, dövlətlərə və insаnlаrа hеç bir fərq qоymаdаn аzаdlıq, insаn hüquqlаrınа hörmət və оnun gеnişləndirilməsini təşviq etməkdir. İşğal müddətində Azərbaycan sözügedən ərazilərdə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO-nu bölgəyə dəvət etsə də, UNESCO bundan imtina etmişdi. Müharibə bitdikdən sonra isə əksinə, UNESCO bölgəyə gəlmək istədiyini bildirmişdi. Bu ikili standartların bariz nümunəsi olsa da Azərbaycan buna da razı olduğunu bildirmiş, lakin Ermənistan etiraz etdiyinə görə missiya gecikmişdi. Çünki erməni mifologiyasının bir parçası olan, guya ermənilərin qədim tarixə, mədəniyyətə malik olmalarını bildirmələri, Qafqazda “vəhşi müsəlmanlar” arasında qalmaqlarını, mədəniyyətin ocağı beşiyi, ya da son məntəqəsi olmalarını iddia etmələrinə baxmayaraq Ermənistan aydın dərk edirdi ki, məsciddə donuz saxlamaqla, 60-dan çox məscidi, Qarabağda yerləşən yeganə provaslav kilsəsini dağıtmaqla mədəniyyəti məhv edən, insanların dini inancını təhqir edən məhz onlardır. Ermənistan missiyanın gəlməsini gecikdirirdi, çünki bilirdi ki, törətdiyi qanunsuzluqlar qeydiyyata alınacaq və o, beynəlxalq məsuliyyətə cəlb olunacaq. İllər ərzində Ermənistan cəzalanmadığına, ona qarşı sanksiyalar tətbiq olunmadığına görə bu kimi mənfur əməllər törətmişdi. Azərbaycan isə Birləşmiş Millətlər Təşkilatı ilə humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarla əlaqədar gələcək əməkdaşlığın vacibliyini hər zaman ifadə etmiş, mədəni irsə, dini və mədəni abidələrə qarşı həssaslıq nümayiş etdirmişdir. Bir digər tərəfdən baxdıqda da beynəlxalq hüququn bütün norma və prinsipləri çərçivəsində, beynəlxalq aləmdə davranış qaydalarına ciddi əməl etməklə Azərbaycan beynəlxalq təşkilatların etməli olduğu işi icra etdi. Bütün bu mürəkkəb kombinasiyalardan sonra görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə dair razılığın ifadə olunması çox mühüm əhəmiyyət kəsb edən bir məsələdir.

“Az öncə qeyd etdiyimiz etimad quruculuğunun iqtisadi sahədə baş tutması üçün də zəmin mövcuddur. Bu baxımdan Prezident İlham Əliyev çıxışında dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılmasının vacibliyini ifadə etdi. Belə ki, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması Ermənistan və Azərbaycan dövlətlərini iqtisadi əməkdaşlıq vasitəsilə birləşdirə bilər ki, bununla da inamsızlıq maneələrini aradan qaldıra bilər. Çünki müasir qlobal rəqabətlilik dünyasında iqtisadi amillər beynəlxalq münasibətlər sisteminin aktorları olan dövlətlər arasında münasibətlərin müəyyən edilməsində böyük rol oynaya bilər. Burada hətta iqtisadi bağlılıq da yaxın və səmərəli əlaqələri gücləndirir. Çünki bu cür münasibətlərdə iştirak edən dövlətlər nadir hallarda qarşıdurmaya girərək öz iqtisadi rifahlarını və sağ qalmalarını riskə atırlar. Sərhədlərarası ticarət, həmçinin iqtisadi sahədən kənarda birgə problemlərin həllinə dialoq və əməkdaşlıq yanaşması üçün əsas yaratmağa kömək edə bilər. Son günlərdə Nikol Paşinyanın hökumətin iclasında Ermənistan və Azərbaycanın Rusiyanın vasitəçiliyi ilə regionda kommunikasiyaların açılması baxımından Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinin başlanmasına həsr olunmuş üçtərəfli İşçi Qrupunun fəaliyyətinin ilk praktiki nəticəsini qeydə almağa çox yaxın olduğu fikrini söyləməsi bu iqtisadi bağlılıq üçün vacib məsələdir. Bu baxımdan da sərhədlərin delimitasiyası və demarkasiyası da vacib amildir. Azərbaycanın Ermənistanla sərhədin delimitasiya və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazır olduğunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında bildirdi”, - deyə Ş.Həsənova diqqətə çatdırıb.

Politoloqun fikrincə, Azərbaycan təkcə Ermənistanla ərazi münaqişəsi baxımından deyil, illər ərzində bir digər sahədə də oxşar ikili standartlarla üzləşib. Məsələn, Prezident Mişelin regional səfəri zamanı təsdiqlənmiş Şərq Tərəfdaşlığı ölkələri üçün son yardım paketində Aİ Gürcüstana 3,9 milyard avro və Ermənistana 2,6 milyard avro ayırdığı təqdirdə Azərbaycana əhəmiyyətli dərəcədə az, yəni 200 milyon avrodan az yardım ayırmışdı. 2022-ci il fevralın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi arasında görüşdə Varhelyi iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirdi və bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirildiyini də qeyd etdi.

Azərbaycanın üzləşdiyi daha bir problem mina problemidir. Prezident İlham Əliyev qeyd etdi ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olmuş, 165 nəfər isə yaralanmışdır. Bu baxımdan da işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstək artırılmalıdır. Bu baxımdan da Varhelyinin Aİ-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də ərazilərin minalardan təmizlənməsinə maliyyə və texniki dəstək verməyə hazır olduğunu ifadə etməsi mühüm məsələdir.

Şəffaflıq və proqnozlaşdırıla bilən addımlar, inamsızlıq, gərginlik və düşmənçilik səbəblərini azaltmağa və ya aradan qaldırmağa töhfə vermək üçün sadəcə dövlətlər deyil, sivil institutlar da aktiv rol almalıdırlar. Etimad quruculuğu tədbirləri münaqişə dövrünün bütün mərhələlərində istifadə edilə bilər. Onlar gərginliyi azaltmaq və məlumat çatışmazlığı, anlaşılmazlıq, səhv nəticəsində münaqişənin baş verməsi, böyüməsi və ya yenidən baş verməsi ehtimalını azaltmaq üçün alətlərdir. Antaqonist qruplar arasında mövcud situasiyanı qızışdırmaq deyil, onlara reallığı qəbul etdirmək ən məqbul addımdır. Bu, bir tərəfdən hadisələrin axarını keçmişə çəkmək istəyən Sarkisyan-Koçaryan cütlüyünün simasında revanşistlərin əl-qolunu bağlamağa gətirib çıxaracaqsa, digər tərəfdən də ikitərəfli və çoxtərəfli kontekstdə substantiv danışıqlara sövq etmək, praktiki məsələləri tənzimləyən ikitərəfli razılaşmalar və ya iki münaqişə tərəfi arasında əlaqəni artırmaq üçün üçüncü tərəfin təşviq etdiyi fəaliyyətlər ola bilər.

“Bütün bu reallıqlar və əldə olunan nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin illər ərzində yürütdüyü uzaqgörən, məqsədyönlü siyasətin, postmüharibə dövründə isə Azərbaycanın təmkinli mövqe sərgiləyərək bölgədə sülhün bərqərar olması, sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanması üçün bütün tərəflərlə təmaslara, bərabərhüquqlu müstəvidə danışıqlara hazır və təşəbbüslərə açıq müstəqil, konstruktiv siyasət yürütməsinin, bu siyasətin düzgün müəyyənləşdirilməsinin və dinamik inkişaf etdirilməsinin məntiqi nəticəsidir.

Əldə etdiyimiz Zəfər nəticəsində sərgilədiyimiz mövqe regionda sabitliyin, əməkdaşlığın və davamlı təhlükəsizliyin təmin olunması üçün əsaslı zəmin formalaşdırır. Yaratdığımız reallıq bir daha nümayiş etdirir ki, ikitərəfli və çoxtərəfli şəkildə olan qarşılıqlı əlaqələr regional və qlobal miqyasda meydana gələn yeni geosiyasi reallıqlar kontekstindən inkişaf etdirilməlidir. Azərbaycan konstruktiv, ardıcıl və məntiqli mövqe nümayiş etdirir. Azərbaycan dövlətinin bu uğurlu mövqeyinin bazasında müstəqil dövlət statusunda bərabərhüquqlu tərəfdaşlıq üzərində qurduğu qarşılıqlı faydalı əməkdaşlıq xətti dayanır”, - deyə politoloq vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir