Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: İnsan haqlarından “gur səs”lə danışan Fransa xalqların səsinə əhəmiyyət vermir

Politoloq: İnsan haqlarından “gur səs”lə danışan Fransa xalqların səsinə əhəmiyyət vermir

Bakı, 21 oktyabr, AZƏRTAC

Son bir neçə il ərzində Fransanın Afrikadakı keçmiş müstəmləkələri arasında və dünyada bu ölkəyə qarşı kəskin tənqidin artımı müşahidə olunur. Bu artım tendensiyası nəinki Fransaya məsafə baxımdan qat-qat uzaqlarda yerləşən, həm də ideoloji və konseptual baxımdan uzaq olan ölkələr, xalqlar arasında yüksələn xətt üzrə inkişaf edir. Şübhəsiz ki, bunun kökündə Fransanın müstəmləkəçilik praktikalarının və dominant münasibətinin heç vaxt bitməməsi, eyni zamanda, həmçinin həmin dövlətlərdə nəinki Fransa əsgərlərini, hətta fransız mülki şəxsləri, biznesmenləri, diplomatları ölkədən çıxarmaq qətiyyəti dayanır. Beləliklə, yürütdüyü müstəmləkəçi siyasət səbəbindən bu gün dünyada anti-Fransa şüarları bütün spektrlər və parametrlər üzrə geniş vüsət almaqdadır.

Afrikadakı ölkələrin təxminən yarısı vaxtilə fransız koloniyaları və ya protektoratları idi. Onların əksəriyyəti müstəqillik əldə etdikdən, müstəmləkəçi fransızların getməsindən çox sonra Fransa əleyhinə üsyanlara başlayır. Onlar hətta vaxtilə daha az təhsilli və savadlı yaşlı nəsillərin heç vaxt əldə edə bilmədiyi onlayn məlumatlardan faydalanırlar. Həmin ölkələrin gəncləri bu gün Fransa səfirlikləri qarşısında nümayişlər təşkil edir, “Hər şeyi başa düşdük” (On a tout compris) adlı fəal qruplar yaradırlar. Yəni, artıq oyanmışıq, Fransanın qatarı isə çoxdan gedib!

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

O qeyd edib ki, deməli, nəsildən-nəslə ötürülən nifrət dalğası səngimir. Bu, bir növ Qarabağı həyatında bir dəfə olsa belə görməyən, lakin Vətən sevgisi, Xocalı ağrısının dolu olduğu kitabları uşaqlıqdan mütaliə edərək yetişən bir nəsli xatırladır. Bir sözlə, Fransa insanlara, xalqlara, ölkələrə qarşı tarix boyu həyat keçirdiyi zülmlərə baxmayaraq, o əzmi, ruhu qıra bilmir. Azərbaycanın haqq savaşını “nahaq” görən Fransa bilməlidir ki, bu gün bizim şəhidlərimizin ruhu şaddır, fransız siyasətçilərinin yuxusu isə hələ çox ərşə çəkiləcək!

Fransa ilə əlaqəsi olan istənilən ölkədə tənqidlərin çoxu keçmiş müstəmləkə sahibinin təkəbbürünə yönəlib. Fransaya qarşı həmişə tənqidlər olub, xüsusilə də Qərbi Afrikanın daha savadlı əhali qrupunda, şəhər dairələrində, lakin indi demək olar hər bir kəsimdə... Bu gün ölkə hakimiyyətinin istənilən qolunda və mərtəbəsində olan siyasətçinin Fransa ilə əlaqəsinin mövcudluğu Fransa prezidenti Emmanuel Makronun “kuklası” olması ilə paralel ittiham edilir. Odur ki, hamını özündən iyrəndirən Fransanın özünə etdiyini bütün dünya yığılsa belə ona edə bilməz.

Bu gün Afrikada bir çox xalqlar “Biz təslim olan xalq deyilik!” şüarı ilə Fransanı geri itələyir. Bu cür şüarlar geniş xalq dəstəyi qazanır. “Fransa dövləti qatildir!” şüarları isə öz yerində. Fransa vəhşiliyinə qarşı nümayişlərdə qurban gedən gənclər "Korsika millətçiliyinin birləşdirici mifi" qismində adlarını tarixə yazdırırlar. Gənc nəsil Fransa zülmünə qarşı nümayişlərdə vəhşicəsinə öldürülən insanların həyatını rəsmi Parisin diktələrinə müqavimət nümunəsi hesab edir. Fransa müstəmləkəyə çevirdiyi əraziləri maksimum konsentrasiyasında saxlayır ki, “Korsika problemi”nin mənşəyində də bu ölkənin ciddi şəkildə sistemləşdirdiyi, uzunmüddətli fəaliyyət planı kimi cızdığı ana xətt dayanır. Müstəmləkə olan ölkələrdə dövlət strukturlarının və cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada fransız zülmü hökm sürməsin. Hər yerdə - idarədə, məktəbdə, hərbi strukturlarda haqsız fransız qanunları tüğyan edir. Bir sözlə, Korsika Fransanın assimilyasiya siyasətinin qurbanıdır.

Hazırda Fransa nəinki özünün iddialı olduğu beynəlxalq münasibətləri tənzimləyən güclü aktorlardan biri kimi deyil, tam əksinə, Afrikanın sərhədlərinə metastaz kimi yayılan, sabitliyi pozan ünsür kimi görünür. Fransanı silkələyən nümayişlərin başında gənclər dayanır. Deməli, bir tərəfin başlanğıc hesab edilən gənclik enerjisi digər tərəfin sönmüş, demək olar ki, can vermiş cəsədinin sonu olacaq.

Fransanın zorakılığı Korsika problemini siyasi gündəmə və media sahəsinə qaytarmağa, aktual saxlamağa imkan və əsas verir. İnsan haqlarından “gur səs”lə danışan Fransa xalqların, gənc “fidanlar”ın səsinə əhəmiyyət vermir. Məhz elə bu amilin özü ayrı-ayrı coğrafiyalarda olsalar da, eyni düşmənə qarşı vahid cəbhə formalaşdıran tələbə ittifaqları və millətçi hərəkatların iştirakçıları arasında daha böyük qəzəb və kin, ən əhəmiyyətlisi isə həmrəylik yaradır.

Korsikanın anti-Fransa şüarının fundamenti də boş olmayıb, sosial-iqtisadi əsaslara dayanır: burada yüksək işsizlik var, yaşayış minimumu durmadan artır, ən əsası, gənclər üçün aydın perspektiv yoxdur. Təkcə onu demək kifayətdir ki, bu region uzun müddət Fransada ən yoxsul bölgə hesab olunub. Hətta Korsikada baş verənlər separatçı hərəkatın güclənməsinə gətirib çıxarıb. Nəticə etibarilə bu, mafioz strukturların formalaşmasına səbəb olub. Budur, Fransanın coğrafiyalara, xalqlara “töhfəsi” - “anarxiya, qan-qada, sistemsizlik və “parçala hökmranlıq et siyasəti”.

Fransa hakimiyyəti isə öz daxili işləri ilə bağlı məsələdə sanki fil qulağında “yatıb”. Hazırda bu ölkənin hakimiyyəti diqqətini Fransa reallığından uzaq olan məsələlərə, məsələn, Ukrayna, Qərbi Afrikada və Cənubi Qafqazdakı vəziyyətə yönəldir. “İki tərəfə baxan çaş qalar” deyib atalar. Fransa isə acgözlük edib çox tərəfə baxmaqla kor qalacaq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb