POLŞA PREZİDENTİ LEX KAÇİNSKİ AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, martın 31-də Polşa Prezidenti Lex Kaçinski onun üçün ayrılmış iqamətgahda - “Ulduz” sarayında Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.
Polşa dövlətinin başçısı səfərinin gedişindən, Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqlardan məmnunluğunu söyləyərək bildirdi ki, bu səfər və aparılmış danışıqlar iki ölkə arasında münasibətlərin dərinləşməsinə yeni təkan verəcəkdir.
Azərbaycanın Baş naziri iqtisadi sahədə qarşılıqlı surətdə faydalı ikitərəfli münasibətləri genişləndirməyin zəruriliyini vurğulayaraq dedi ki, bu, hər iki dövlətin mənafelərinə xidmət edərdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.