Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polşada çempion olan klubun baş məşqçisi: Məqsədimiz azərbaycanlı futbolçuları Avropada tanıtmaqdır – MÜSAHİBƏ

Polşada çempion olan klubun baş məşqçisi: Məqsədimiz azərbaycanlı futbolçuları Avropada tanıtmaqdır –  MÜSAHİBƏ

Bakı, 20 avqust, AZƏRTAC

Varşava şəhərində keçirilən minifutbol üzrə Polşa Liqa qalibləri turnirinin çempionu olan Azərbaycanın “Land of Fire” komandasının baş məşqçisi Ülvi Musayev AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- İlk növbədə, özünüz haqqında ətraflı məlumat verərdiniz.

-1999-cu ildə Bakı şəhərində anadan olmuşam. Futbolla ilk tanışlığım U-12 liqasından başlayaraq U-17 liqasına qədər oynadığım “Vətən” uşaq komandasında olub. Ali təhsilimi Türkiyənin Düzcə Universitetində “futbol məşqçiliyi” bölümü üzrə bitirmişəm. Təhsil aldığım müddətdə iki klubla çalışmışam. İlk olaraq məşqçiliyə “Altınordu” klubunda başladım. Sonra Düzcə şəhərinin qadın futbol komandasına baş məşqçi təyin olundum. 2021-ci ildə isə magistratura təhsili almaq üçün Polşaya yollandım. Buraya gəldiyim gündən etibarən “Land of Fire” minifutbol klubunda baş məşqçi kimi çalışıram.

-Maraqlıdır, “Land of Fire” klubunun təməli necə qoyuldu və bu adın müəllifi kimdir?

-Klubun təməli Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin Polşa Koordinasiya şurasının koordinatoru Əli Nəcəfov tərəfindən qoyulub. Klubun inkişafında və adının seçilməsində Əli Nəcəfov və Heydər Qurbanov böyük rol oynayıblar. “Land of Fire”nin mənası “Odlar Yurdu” deməkdir. Azərbaycanı təmsil etdiyimiz üçün belə bir ad seçilib. Polşada azərbaycanlıların sayı yetərincə çoxdur. Burada keçmişdə futbolla məşğul olan və hal-hazırda aktiv şəkildə futbol oynayan oyunçularımız var. Buna görə də klub yaradıb, Polşada Azərbaycan komandası olaraq ölkəmizi təmsil etmək fikri irəli sürüldü. Polşada 80 minə yaxın erməni əhali yaşayır. Ən sıx yaşadıqları məkan isə məhz bizim Sileziya regionudur. Onlar burada ermənilərdən təşkil olunmuş komanda da yaradıblar. Ümumiyyətlə Polşada demək olar ki, hər millətin öz komandası var. Fikirləşdik ki, niyə də azərbaycanlılardan təşkil olunan bir komanda olmasın? Burada kifayət qədər oyunçularımız və hemyerlilərimiz var. Bununla da Polşa Azərbaycanlıları Şurası Fərid Cəfərli və türkiyəli iş adamı Sercan Uçarın maddi və mənəvi dəstəkləri ilə 2021-ci ildə “Land of Fire” komandasının əsası qoyuldu.

-Avqustun əvvəllərində Varşava şəhərində keçirilmiş Polşa liqa qalibləri turnirinin çempionu olmusunuz. Bu barədə təəssüratlarınızı da bilmək istərdik.

-Mövsümü çox yaxşı keçirdik. Liqada 20 oyunda 17 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət aldıq. Bununla da biz Polşa üzrə liqa qalibləri turnirində iştirak hüququ qazandıq. Varşavada keçirilən bu turnirin 8 oyununda da məğlub olmadıq, 7 qələbə və 1 bərabərliklə çempion adına layiq görüldük. Bununla da Polşanı Yunanıstanda keçiriləcək minifutbol üzrə Çempionlar Liqasında təmsil etmək hüququ qazandıq. Bizim oradakı ən böyük motivasiyamız azərbaycanlı olmağımız idi. Qələbə qazanmağı özümüzə borc bilirdik. Ümumiyyətlə, komandada birlik çox önəmlidir. Yerli və əcnəbi olmağına baxmayaraq, “Land of Fire”nin hər bir üzvü Azərbaycan komandasında oynadığını dərk edir. Biz öz aramızda danışanda da bir-birimizə kubok üçün əlimizdən gələni etməli olduğumuzu bildirirdik. Doğrudan da yaxşı oyunlar keçirdik. Ötən il çempion olan klubla də qarşılaşdıq. Çox çətin rəqiblərlə üz-üzə gəlsək də kuboku əldə etməyi bacardıq. Fəxr edirik ki, Azərbaycan komandası ümumi Polşa üzrə bu kubokun qalibi oldu.

-Hazırda Azərbaycanda minifutbol yüksək səviyyədə inkişaf edir. Maraqlıdır, Polşadakı bu komandanızı Azərbaycan liqasında oynatmaq istəyərdinizmi?

-Bu aralar Azərbaycan minifutbolu inkişaf dövrünü yaşayır. Bu da bizi çox qürurlandırır və yetərincə motivasiya verir. Fikrimcə, komandamızı Azərbaycanda oynadıb-oynatmamaq barədə indidən nəsə demək tezdir. Çünki bizim hazırda əsas hədəfimiz klubumuzu Polşada yüksək liqalara daşımaq, “Land of Fire” komandasını və burada oynayan futbolçularımızı zirvələrə çıxarmaqdır. Məsələn, ötən il klubumuzun formasını geyinmiş iki azərbaycanlı oyunçu - Əlisahib Əmiraslanov və Emin Mustafayev Polşanın 4-cü liqasında oynayan komandadan təklif aldılar və müqavilə əsasında orada oynadılar. Bu cür halların daha çox olmasını istərdik.

-Komandanızda Azərbaycan futbol və ya minifutbol millisində çıxış etmiş oyunçular varmı?

-Bəli, var. Aslan Bədəlzadə “Qarabağ” və “Şamaxı”nın əsas komandasında və Azərbaycan U-17 və U-19 yığmalarında oynayıb. Hazırda Polşa “Jaguar Gdansk” klubunda çıxış edir və burada öz karyerasını davam etdirir. Emin Mustafayev “Vətən” uşaq komandasında oynayıb, uşaqlardan ibarət Azərbaycan millisinə də dəfələrlə dəvət alıb. Əlisahib Əmiraslanov “Vətən” uşaq komandasında və “Neftçi”də oynayıb. Murad Qocayev də həmçinin Azərbaycanın "Vətən" "Xəzər-Lənkəran" və "İmişli" klublarında çıxış edib. Polşada futbol karyerası ərzində "Orły Bojszòw Zabrze", "Wiarusy Igoami Krakow" klublarında oynayıb. Hazırda karyerasını "Orzeł Iwanowice" klubunda davam etdirir, həm böyük futbol, həm minifutbol oynayır. Pərvin Nəcəfov və Heydər Qurbanov da ölkəmizin uşaq futbolunda forma geyiniblər. Təbii ki, biz daha çox Azərbaycan yığmasında və klublarında oynamış oyunçuları komandamıza cəlb etmək istərdik. Ümid edirəm ki, gələcəkdə də bunu reallaşdıra biləcəyik. Amma biz gənc və potensialı yüksək olan oyunçuların tanınmasının tərəfdarıyıq. Çünki əsas niyyətimiz Polşa futboluna azərbaycanlı oyunçular qatmaqdır. Həmçinin peşəkar futbolda da ölkəmizi təmsil etmək istəyərik.

- Əsasən azərbaycanlılardan ibarət komandanızın heyətinə legionerlər də cəlb olunubmu?

-Komandamız əsasən azərbaycanlılardan ibarət olsa da heyətimizdə Ukrayna, Polşa, Misir və Kolumbiyadan olan əcnəbilər də var. Polşalı 3 oyunçumuz minifutbol üzrə Polşa millisində hazırda da çıxış edirlər. Həqiqətən də çox yaxşı kollektivimiz var. Komandada hər kəs bir-birinə uyğunlaşmağı bacarır. Legionerlərimiz də bizim mədəniyyətimizi çox sevirlər. Sevindiricidir ki, biz də bu sayədə onların adət-ənənələrini və mədəniyyətini öyrənmiş oluruq.

-Varşavadakı qələbə sayəsində Polşanı Yunanıstanda keçiriləcək minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcəksiniz. Bu turnirdə əsas hədəflər nələr olacaq?

-Polşa Liqasında çempion olduğumuz üçün bu ölkəni təmsil edəcəyik. Əfsuslar olsun ki, Azərbaycanı təmsil edə bilmirik. Mən istəyərdim ki, Azərbaycanın minifutbol milli komandası və minifutbol klubları ilə aramızda sıx əlaqələr olsun. Çünki həqiqətən də Çempionlar Liqasında oynaya biləcək gənc, istedadlı oyunçularımız çoxdur. Bu, çox önəmli turnirdir, çünki burada fərqli ölkələri təmsil edəcək ən güclü komandalar mübarizə aparacaqlar. Yunanıstanda keçiriləcək Çempionlar Liqası minifutbol turniri dünyada populyar və yüksək səviyyəli turnir olduğu üçün, yüksək dərəcədə xərclər də tələb edir. Biz orada həm Polşa, həm də Azərbaycan adından çempion olmağı arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir