Polşanın hava məkanını pozan raketin qalıqlarının axtarışına 480 hərbçi cəlb olunacaq
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 29-da Polşanın hava məkanına daxil olan raketin qalıqlarının axtarışına 500-ə yaxın hərbçi cəlb olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı məlumat yayıb.
“Lyüblin voyevodasında Polşanın hava məkanına daxil olan raketin qalıqlarının axtarışı aparılacaq. Axtarışda 480 hərbçi iştirak edəcək”, - deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bir gün əvvəl əməliyyat komandanlığı Polşanın hava sərhədlərinin naməlum obyekt tərəfindən pozulduğu barədə məlumat yayıb. Onun qalıqlarının axtarışı heç bir nəticə verməyib. Daha sonra Polşa Prezidenti Anjey Duda Müdafiə Nazirliyinin rəhbərliyi ilə təcili iclas keçirib. Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Veslav Kukula ölkənin hava məkanının Rusiyaya məxsus raket tərəfindən pozulduğunu iddia edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]