Polşanın TVP kanalı Azərbaycan mədəniyyətinə həsr edilmiş veriliş hazırlayıb
Bakı, 22 avqust, AZƏRTAC
Polşanın TVP telekanalının “Dadlı səyahət” (Podróże ze smakiem) verilişinin bir buraxılışı Azərbaycan mədəniyyətinə və mətbəxinə həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bununla bağlı telekanalın çəkiliş dəvətini məmnuniyyətlə qəbul edib. Sentyabr ayından etibarən dekabra qədər 12 ölkənin mədəniyyət və mətbəxindən bəhs edəcək verilişlər təqdim olunacaqdır ki, bu ölkələrdən də biri Azərbaycandır.
Çəkiliş zamanı Fərid Cəfərli Azərbaycan mədəniyyəti, incəsənəti və mətbəxi barədə ətraflı məlumat verib, Aytən Sabili milli mətbəx nümunələrimizi nümayiş etdirib, Baba Abbasov (tar), prezident təqaüdçüsü Yasin Həsənov (xanəndə) və Nicat Həsənli (rəqqas) muğam, bəstəkar mahnıları və milli rəqsləri ifa ediblər.
Verilişin sonunda Baba Abbasov tarda Polşanın dövlət himnini ifa etməklə, soydaşlarımızın TVP-yə təşəkkürünü musiqili şəkildə ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]