Portuqaliya hökuməti zeytun yağı ixracında tarixi maksimum nəticə gözləyir
Lissabon, 4 noyabr, AZƏRTAC
Portuqaliyanın kənd təsərrüfatı naziri Mariya du Seu Antuneş bildirib ki, bu il Portuqaliya zeytun yağı ixracı hesabına 600 milyon avro gəlir əldə etməklə tarixi maksimuma nail olmalıdır.
AZƏRTAC xəbər verir ki, hazırda Portuqaliyanın ixrac potensialı kifayət qədər böyükdür. Zeytun Yağı İstehsalçıları Assosiasiyasının icraçı direktoru Qonsalo de Almeyda Simoynsun sözlərinə görə dünyada zeytun yağı istehlakının 7 faiz artacağı proqnozlaşdırılır.
Dünyada zeytun yağının səkkizinci ən böyük istehsalçısı olan Portuqaliyada 2021-ci ildə zeytun istehsalının 100 min ton azaldılması planlaşdırılır.
2019/2020-ci illərdə Portuqaliyada 140 min ton zeytun yağı istehsal edilib. Bu, son 80 ildə milli istehsalda rekord göstəricidir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]