Portuqaliyada COVID-19 pandemiyası səbəbindən yüzlərlə otel bağlanacaq
Lissabon, 5 noyabr, AZƏRTAC
COVID-19 pandemiyası Portuqaliyanın mehmanxana biznesi üçün ciddi təhlükədir.
AZƏRTAC xəbər verir ki, Portuqaliyanın “Vila Galé” mehmanxanalar şəbəkəsi cari payız-qış mövsümündə 17 otelini bağlayacaq, yalnız 10 otel fəaliyyət göstərəcək. Portuqaliyada yenidən fəaliyyətə başlayacağı tarix bilinməyən yüzlərlə otelin bağlanması planlaşdırılır.
Portuqaliya Mehmanxanalar, Restoranlar və Turizm Assosiasiyasının icraçı prezidenti Antoniu Konde Pintunun sözlərinə görə, bağlanan otellərin gələn ilin yayınadək yenidən açılması asan olmayacaq. Birinci rübün sonunadək bu, heç mümkün deyil.
Otel sahibkarları itkilərin heç olmasa bir qismini kompensasiya etmək, 2021-ci il turizm mövsümünə uğurla başlamaq üçün işdə yaranan fasilə hesabına itkiləri azaltmağa ümid edirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]