Praqada tarixi Vatslav meydanı yenidən qurulur
Praqa, 16 aprel, AZƏRTAC
Praqada tarixi Vatslav meydanı yenidən qurulur.
AZƏRTAC xəbər verir ki, yenidənqurma işləri rəmzi təməlqoyma mərasimindən başlayıb. Praqa meri təntənəli mərasimdə iştirak edib.
Yenidənqurmanın birinci mərhələsi meydanın aşağı hissəsində aparılacaq və 2021-ci ilin sonunadək davam edəcək. Yuxarı hissənin yenilənməsi isə 2025-ci ildə başa çatacaq.
Layihəyə görə, meydanın yuxarı hissəsində 1980-ci ildə dayandırılmış tramvay nəqliyyatı bərpa olunacaq. Əgər keçmişdə tramvaylar meydanın mərkəzi ilə hərəkət edirdisə, indi kənarları boyu işləyəcək.
Tramvay yolu avtomobillərin hərəkət etdiyi yolla uzlaşdırılacaq. Meydanın ortası isə yaşıl xiyaban şəklində olacaq.
Səkilərin genişləndirilməsi, yaşıllıqların salınması, yeni fənər və skamyaların quraşdırılması nəzərdə tutulub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]