Premyer Liqa: “Sabah” “Turan Tovuz”la, “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq
Bakı, 22 may, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha 2 oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı “Bank Respublika Arena”da “Turan Tovuz” və “Sabah” komandaları arasında olacaq. Saat 17:00-da start götürəcək görüşü Rauf Cabarov idarə edəcək.
Ölkə çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” 75 xalla turnir cədvəlinə başçılıq edir. 59 xalı olan “Turan Tovuz” isə 3-cü pillədə qərarlaşıb.
Günün son oyununda “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq. Görüşün baş hakimi Elvin Bayramov olacaq.
Turnir cədvəlində “Qarabağ” 66 xalla 2-ci, “Sumqayıt” 41 xalla 7-cidir.
Qeyd edək ki, XXXIII turun açılış oyununda “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edib. Tura mayın 24-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]