Premyer Liqa: “Zirə” klubu autsayderlə oyunda xal itirib
Bakı, 21 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kəpəz” komandası “Zirə” ilə qarşılaşıb. Gəncə şəhər stadionu yenidən inşa olunacağı üçün “sarı-göylər” rəqibini Tovuzda qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 20-yə çatdıran “qartallar” yenidən ilk pilləyə yüksəlib. Altıncı xalını qazanan “Kəpəz” isə sonuncu - 10-cu sırada qərarlaşıb.
Günün digər oyunu “Sabah” və “Sumqayıt” komandaları arasında olacaq. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib, “Neftçi” isə “Səbail”ə qalib gəlib - 4:2.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]