Prezident: Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq VİDEO
Bakı, 12 fevral, AZƏRTAC
Bildiyiniz kimi, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində səsləndirib.
“Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [12:06]
Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir
- 30.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 30 oktyabr
- 30.10.2026 [11:09]
Milli Məclisin növbəti plenar iclası keçirilir
- 30.10.2026 [10:32]
Gürcüstanda Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
- 30.10.2026 [10:04]