Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin Tərtər və Ağdərə səfərinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin Tərtər və Ağdərə səfərinin strateji əhəmiyyəti  ŞƏRH

Bakı, 15 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev Tərtər və Ağdərə rayonlarına səfəri çərçivəsində Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərində görülən işlərlə tanış olub, kənd sakinləri ilə görüşüb. Dövlətimizin başçısı, həmçinin Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında, Ağdərənin Qozlukörpü kəndində Su Elektrik Stansiyasının açılışında iştirak edib, Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub. Eyni zamanda, Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan postmünaqişə mərhələsində hadisələrin axarı ilə deyil, əvvəlcədən müəyyənləşdirilən, milli maraqlara söykənən strateji yol xəritəsi ilə irəliləyir. Bu səfər ayrı-ayrı layihələrin təqdimatı yox, bütöv bir dövlət fəlsəfəsinin - təhlükəsizlik, iqtisadi inkişaf və sosial bərpanın vəhdətinin real təzahürü kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O bildirib ki, Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra istifadəyə verilməsi Azərbaycanın müdafiə sənayesində keyfiyyətcə yeni mərhələyə keçidinin bariz nümunəsidir. Burada əsas diqqətçəkən məqam istehsalın yalnız fiziki imkanlarla deyil, milli intellektual potensial hesabına qurulmasıdır. Yerli mütəxəssislərin iştirakı ilə yüksək dəqiqlikli texnologiyaların tətbiqi onu göstərir ki, Azərbaycan artıq hərbi sənayedə, sadəcə, istehsalçı yox, texnoloji müstəqilliyi hədəfləyən və bunu reallaşdıran dövlətdir. Müdafiə sənayesinin 20-yə yaxın ölkəyə ixrac imkanına malik olması və 1,4 milyard manatlıq istehsal həcmi bu sahənin milli təhlükəsizliklə yanaşı, iqtisadi dayanıqlılığın da əsas dayaqlarından birinə çevrildiyini təsdiqləyir.

“Bugünkü mürəkkəb beynəlxalq reallıqlar fonunda güclü dövlət olmağın əsas şərti güclü orduya və inkişaf etmiş müdafiə sənayesinə malik olmaqdır. Azərbaycan bu reallığı düzgün qiymətləndirərək milli təhlükəsizlik strategiyasını zamanın tələblərinə uyğun formalaşdırıb. Güclü ordu, müasir hərbi sənaye, bərpa olunan ərazilərdə qurulan yeni iqtisadi və sosial arxitektura ölkəmizin gələcək inkişafının möhkəm təməlidir. Prezident İlham Əliyevin Ağdərəyə səfəri postmünaqişə dövründə həyata keçirilən siyasətin sosial-humanitar ölçülərini aydın şəkildə ortaya qoyub. Ağdərənin Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndlərində görülən işlər göstərir ki, dövlətin yanaşması yalnız dağıntıların aradan qaldırılması ilə məhdudlaşmır. Burada müasir yol infrastrukturu, enerji və kommunal şəbəkələr, sosial obyektlər, məşğulluq imkanları və ictimai məkanlar olmaqla tam bir yaşayış ekosistemi formalaşdırılır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı “Böyük Qayıdış” proqramının artıq real nəticələr verdiyini sübut edir. Prezidentin sakinlərlə birbaşa ünsiyyəti isə dövlətin sosial ədalətə və vətəndaş məmnunluğuna verdiyi önəmin göstəricisidir. Ağdərənin Qozlukörpü kəndində Su Elektrik Stansiyasının açılışı isə Qarabağın “yaşıl enerji zonası” kimi formalaşdırılması strategiyasının növbəti mühüm mərhələsidir. Bu layihələr yalnız enerji istehsalı deyil, eyni zamanda, ekoloji tarazlığın qorunması, qaz istehlakının azaldılması və uzunmüddətli dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan işğaldan azad edilmiş əraziləri keçmişin köhnə iqtisadi modelləri ilə deyil, gələcəyin çağırışlarına uyğun şəkildə qurur. Canyataq kəndində yerləşən “Dəmirli” Filiz Emalı Kompleksi isə iqtisadi ədalətin bərpasının rəmzidir. İllərlə qanunsuz istismar olunan təbii sərvətlərin bu gün dövlət nəzarətində, beynəlxalq standartlara uyğun şəkildə iqtisadi dövriyyəyə cəlb edilməsi Azərbaycanın resurslarına sahib çıxmasının açıq göstəricisidir. Minə yaxın daimi iş yerinin yaradılması, özəl investisiyaların təşviqi və ixrac potensialının genişlənməsi qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində atılan ardıcıl addımların nəticəsidir”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu gün Ağdərə bölgəsində aparılan işlər Qarabağın gələcəyini təsəvvürlərdən çıxarıb real infrastruktur xəritəsinə çevirir. Tarixi ədalətin bərpası yalnız sərhədlərin dəyişməsi ilə yekunlaşmayıb. Bu ədalət insanların o torpaqda yenidən nəfəs alması, torpağı becərməsi, evində yaşaması və övladlarını böyütməsi ilə tamamlanır. Bu mərhələ Qələbənin mədəni, sosial və demoqrafik ölçüsüdür. Ağdərə bu prosesin mühüm həlqələrindən biridir. Bu gün Qarabağda baş verənlər, eyni zamanda, Azərbaycanın yeni inkişaf fəlsəfəsinin nümayişidir. Hərbi gücün ardınca gələn idarəçilik, planlama, iqtisadiyyat, sosial siyasət və humanitar yanaşma bütövlükdə milli dövlətçilik modelinin daha yetkin mərhələyə keçdiyini göstərir. Qarabağ artıq Qələbənin rəmzi kimi deyil, yeni iqtisadi zonanın və Azərbaycanın strateji güclənmə xəttinin mühüm elementi kimi formalaşır. Bu xətt zamanla ölkənin enerji siyasətindən tutmuş turizmə, aqrar sektordan texnoloji istehsala qədər müxtəlif sahələri öz orbitinə alacaq. Azərbaycan dövləti işğaldan əvvəlki vəziyyəti bərpa etmir, o, tamamilə yeni bir reallıq qurur. Bu reallıq keçmişin deyil, gələcəyin təsəvvürü üzərində formalaşır. Qarabağın dirçəlişi bu gün fakt, gələcək illərdə isə model olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb