PREZİDENT İLHAM ƏLİYEV ABŞ-A İŞGÜZAR SƏFƏRİNİ BAŞA ÇATDIRARAQ BAKIYA QAYITMIŞDIR
Bakı, 25 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına işgüzar səfərini başa çatdıraraq sentyabrın 25-də Bakıya qayıtmışdır.
Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.