Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV APRELİN 5-DƏ XALQ ŞAİRİ QABİLLƏ VİDALAŞMA MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

Aprelin 5-də ölkəmizin ictimaiyyəti müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Qabili (Qabil İmamverdiyevi) son mənzilə yola salmışdır.
Mərhumun cənazəsi Azərbaycan Dövlət Mahnı Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin adından, habelə dövlət və hökumət təşkilatları, Yazıçılar Birliyi, müxtəlif kollektivlər adından əklillər və mərhumun orden və medalları düzülmüşdü.
Xalq şairi Qabilin həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət, elm xadimləri, mərhumun poeziyasının pərəstişkarları axın-axın teatrın binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.
Salonda həzin matəm musiqisi səslənirdi. Dövlət və hökumət nümayəndələri, elm, incəsənət, mədəniyyət xadimləri və digər sakinlər cənazənin yanında fəxri qarovulda dayanırdılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev poeziyamızın tanınmış simalarından biri olan Qabil ilə vidalaşma mərasimində iştirak etmək üçün teatra gəldi.
Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev mərhumun cənazəsi yanında fəxri qarovulda dayandılar.
Sonra dövlətimizin başçısı şairin ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verdi.
Matəm mitinqini Baş nazirin müavini Elçin Əfəndiyev açaraq, mərhum şairin həyat və yaradıcılığından danışdı. Bildirildi ki, ötən əsrin 40-cı illərində ədəbiyyata gəlmiş Qabilin bir çox əsərləri xalqın yaddaşına həkk olunmuş, XX əsr Azərbaycan poeziyasının ən layiqli nümunələrinə çevrilmişdir. “Nəsimi” poeması ilə klassikləşən mərhum şair yaradıcılığı ərzində bütün varlığı ilə azərbaycançılıq ideyası ilə yaşamış, xalqını, millətini, Vətənini, dövlətini, Prezidentini sevmiş, insanlara sədaqətli olmuşdur.
E.Əfəndiyev tanınmış şairin ulu öndər Heydər Əliyevlə əsl dostluğundan, ulu öndərin ona göstərdiyi qayğıdan danışaraq dedi ki, dövlətimiz Qabilin ədəbi fəaliyyətini yüksək qiymətləndirmiş və o, ölkəmizin ali mükafatları ilə təltif olunmuşdur.
Yazıçılar Birliyinin sədri Anar, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı və xalq şairi Zəlimxan Yaqub nikbin şairə Allah-təaladan rəhmət diləyərək vurğuladılar ki, o, təkcə yazdığı şeirlərlə deyil, yüksək şəxsi keyfiyyətləri, şux zarafatları ilə də insanların qəlbində əbədi məhəbbət qazanmışdır.
Bildirildi ki, Azərbaycanın kədərli və sevincli anlarını “Tramvay parka gedir”, “Yağışlı havalarda”, “Səhv düşəndə yerimiz”, “Cırtdan”, “Məhəbbət”, digər məzmunlu şeirləri və “Ömür həbləri” romanı ilə qələmə almış Qabil olduqca şərəfli ömür və yaradıcılıq yolu keçmiş, həyat həqiqətlərini özünə xas olan üslubda əks etdirmişdir. Xasiyyətindəki humanizm və mərhəmət duyğusu şairi hamı ilə doğmalaşdırmışdı. Onun şeirləri hər zaman dillərdə əzbər dolaşır, ürəklərə və beyinlərə saf düşüncələr gətirir. Məhz buna görə də Qabilin vəfatı bənzərsiz şair itkisidir.
Çıxış edənlər vurğuladılar ki, Azərbaycanın zəngin poeziya ənənələrindən bəhrələnən Qabil özünün uca və həmişə təravətli olan söz dünyasını yaratmış və o, heç vaxt sözün düzünü deməkdən çəkinməmişdir. Kamil insan olan Qabilin dostluğunun mayası səmimiyyətlə yoğrulmuşdu. Elə buna görə də Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafına daim böyük diqqət və qayğı göstərmiş ümummilli liderimiz Heydər Əliyev mərhum şairin şəxsiyyətinə və yaradıcılığına xüsusi hörmət bəsləmiş, onun ədəbiyyatdakı rolunu yüksək dəyərləndirmişdir. İlhamlı şair, əqidəli vətəndaş, etibarlı dost və müdrik ağsaqqal olan Qabilin parlaq xatirəsi heç zaman unudulmayacaqdır.
Natiqlər dedilər ki, lirik şeirləri, qəzəlləri, rübailəri, nəsr və publisistik kitabları hamı tərəfindən sevilən, yaradıcılığının bir sıra mühüm cəhətləri ilə nadir sənətkar olan, ədəbiyyatımıza yeni ab-hava gətirən Qabil şeirin demokratikləşməsi uğrunda mübarizə aparmış, xalqın mənəvi tərbiyəsində çox mühüm rol oynamış, keçmiş SSRİ rəhbərlərini xalqımızın başına gətirilən müsibətlərə görə kəskin ittiham etmişdir.
Mərhum şairin oğlu Mahir İmamverdiyev atasının yaradıcılığına verilən yüksək qiymətə, onun ruhuna göstərilən ehtirama görə dövlətimizin başçısına və Qabil poeziyasını sevən bütün insanlara təşəkkürünü bildirdi.
X X X
Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verdi, onlara Tanrıdan səbir dilədi.
Qabilin ailə üzvləri, qohumları mərhumla vidalaşdılar.
X X X
Xalq şairi Qabilin cənazəsi teatrın binasından qaldırılaraq Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq tanınmış sənətkar, əsl vətəndaş və gözəl insan Qabil Allahverdi oğlu İmamverdiyevin cənazəsi doğma torpağa tapşırıldı. Məzarı üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO