Prezident İlham Əliyev: Azərbaycan investorları Albaniyada sərmayə layihələrini nəzərdən keçirməyə hazırdırlar
Bakı, 7 iyul, AZƏRTAC
Bu gün biz ölkələrimiz arasında gələcək siyasi münasibətləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizi müzakirə etdik. Eyni zamanda, birmənalı olaraq, gündəliyimizdə duran ticari, iqtisadi məsələləri, sərmayə imkanlarını nəzərdən keçirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi nəzərdən keçirməyə hazırdırlar.
“Hesab edirəm ki, gələn aylarda bizim bu haqda daha çox məlumatımız olacaq və münasibətlərimizdə, həmçinin yeni səhifə açılacaq”, - deyə Prezident əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [12:45]
Sabah hava əsasən yağmursuz olacaq
- 30.10.2026 [12:06]
Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir
- 30.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 30 oktyabr
- 30.10.2026 [11:09]
Milli Məclisin növbəti plenar iclası keçirilir
- 30.10.2026 [10:32]