Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
Bakı, 9 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar paylaşım edib.
AZƏRTAC xəbər verir ki, Şuşa dağlarının fonunda üçrəngli Dövlət bayrağımızın görüntüsünü əks etdirən foto Prezident İlham Əliyevin rəsmi feysbuk və tviter səhifələrində paylaşılıb.