PREZİDENT İLHAM ƏLİYEV UCAR-YEVLAX AVTOMOBİL YOLUNUN TİKİNTİSİ İLƏ TANIŞ OLMUŞDUR
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Gəncədən Kürdəmir rayonuna gələrkən, “İpək yolu”nun bir hissəsi olan Ucar-Yevlax avtomobil yolunun tikintisinin gedişi ilə tanış olmuşdur.
Nəqliyyat naziri Ziya Məmmədov və “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov məlumat verdilər ki, 53 kilometrlik bu yolun tikintisinə keçən ilin aprelindən başlanmışdır. İlin sonunadək yolun 40 kilometrinin başa çatdırılması, gələn il isə tam istifadəyə verilməsi planlaşdırılır. Yolun 44 kilometrinin eni 15 metr, qalan hissəsinin eni isə 27 metr olacaqdır. Burada bir neçə körpü, o cümlədən Kür çayı üzərində 2 körpü salınacaqdır. Yol boyu 70 ədəd suötürücü, dörd yerdə mal-qara keçidi tikiləcəkdir. Əsas tikinti işlərini Türkiyənin “Polad Yol Yapı” şirkəti yerinə yetirir. Layihənin smeta dəyəri təqribən 49,6 milyon ABŞ dollarıdır.
Prezident İlham Əliyev yolun əsas texniki göstəriciləri ilə maraqlandı, inşaatçılarla görüşdü, onlara bu magistral yolun dünya standartlarına uyğun tikilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.
######
![]() |
![]() |
![]() |


