Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsi İran mətbuatının diqqətində olub
Tehran, 13 yanvar, AZƏRTAC.
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində regionda yaranan yeni reallıqlar barədə fikirləri İran mətbuatının diqqətində olub.
AZƏRTAC xəbər verir ki, İranın İRNA rəsmi xəbər agentliyi, “Mehr news”, “Fars news” saytları Prezident İlham Əliyevin Zəngəzur dəhlizi barəsində fikirlərinə xüsusi yer ayırıblar. Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidenti regionda sülhün və əmin-amanlığın təmin olunması istiqamətində iş apararaq kommunikasiyaların bərpasına çalışır.
Materiallarda Prezidentin region dövlətlərindən ibarət 3+3 formatı çərçivəsində əməkdaşlıq əlaqələri barəsində söylədiyi fikrindən sitat gətirilib: “Prezident əmin olduğunu bildirib ki, 3+3 formatı çərçivəsində də keçiriləcək ikinci görüşdə daha predmetli, ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı müzakirələr aparılacaq. Burada hər bir ölkənin fayda götürməsi göz önündədir. Sadəcə olaraq, Ermənistan öz antiazərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir”.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [14:24]
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
- 20.09.2026 [11:32]
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
- 20.09.2026 [11:05]
Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
- 20.09.2026 [10:45]
Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb
- 20.09.2026 [08:00]
Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə
- 19.09.2026 [21:37]
Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]