“PREZİDENT SEÇKİLƏRİ-2003” TƏŞVİQAT QRUPU YEDDİ AYLIQ FƏALİYYƏTİNƏ YEKUN VURMUŞDUR
Təşviqat qrupunun sədri Zaur Adığözəlov onun yeddi aylıq fəaliyyətinə yekun vuraraq, “Prezident seçkiləri-2003” qrupuna daxil olan 48 gənclər təşkilatının məqsəd və vəzifələrindən, gördüyü işlərdən danışmışdır.
Onun sözlərinə görə, təşviqat qrupu respublika gənclərini birləşdirmək və onları prezident seçkilərində fəal iştiraka cəlb etmək məqsədi ilə bu il martın 28-də yaradılmışdır. Qrupun sədri demişdir: “Gördüyümüz işlərin təhlili əminliklə söyləməyə imkan verir ki, Azərbaycan gəncləri respublika Prezidenti Heydər Əliyevin başladığı yenidənqurma işlərində fəal iştirak edir və onun siyasi xəttini dəstəkləyirlər. Biz ümidvarıq ki, “Prezident seçkiləri-2003” təşviqat qrupu ölkənin on minlərlə gənc vətəndaşının diqqətini oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə cəlb edə bilmişdir”.
Qeyd olunmuşdur ki, prezident seçkiləri günü təşviqat qrupunun 100 müşahidəçi respublikanın müxtəlif seçki məntəqələrində olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [19:35]
Beynəlxalq konfransın iştirakçıları “Atəşgah məbədi” ilə tanış olublar
- 02.06.2026 [03:18]
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir
- 01.06.2026 [22:15]