Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident seçkiləri ərəfəsində İrandakı siyasi qüvvələrin fəallığı müşahidə edilir

Prezident seçkiləri ərəfəsində İrandakı siyasi qüvvələrin fəallığı müşahidə edilir

Tehran, 18 fevral, AZƏRTAC

Prezident seçkiləri ərəfəsində İranda fəaliyyət göstərən siyasi qüvvələrin fəallığı müşahidə edilir.

İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi Partiyasının (İİQXCP) nümayəndəsi, keçmiş səhiyyə naziri xanım Mərziyyə Vahid Dostcerdi bəyan edib ki, təmsil olunduğu partiya prezident seçkilərinə ciddi hazırlıq işləri aparır.

Həsən Ruhani hökumətini tənqid edən xanım siyasətçi bildirib ki, İran xalqı daha yaxşı hökumətə layiqdir və biz xalqın etimadını doğrultmağa hazırıq. M.V.Dostcerdi partiyanın prezident seçkilərinə vahid namizədlə qatılacağını nəzərə çatdırıb.

Qeyd edək ki, İİQXCP İran siyasi elitasının mühafizəkar qanadını təmsil edir. Bu partiyaya İranda böyük nüfuza malik və höcətülislam dini titul sahibi olan Məhəmməd Hüseyn Rəhimyan rəhbərlik edir. Partiya öz ətrafında Yəhya Eşqak, Mehdi Çəmran, Həmid Rza Babayi, Mahmud Xosrov Vəfa, Nadir Talıbzadə kimi nüfuzlu şəxsləri birləşdirir.

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli rəsmi şəkildə açıqlama verərək bildirib ki, Həsən Ruhani cari ili ordubeheşt (may) ayında seçkilərinə ikinci dəfə də qatılacaq. Lakin yuxarıda qeyd etdiyimiz seçki ərəfəsində formalaşan bəzi yeni siyasi qüvvələrin ambisiyalı çıxışları H.Ruhaninin ikinci müddətə seçilməsini çətinləşdirir.

Birinci prezidentlik müddətinin ilk illərində yüksək reytinqə malik olan H.Ruhaninin siyasi nüfuzu bu gün bir qədər zəifləyib. Bunun əsas səbəbi ölkədəki sosial-iqtisadi vəziyyətlə əlaqədardır. İran büdcəsinin 60 faizini neft gəlirləri təşkil edir. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi büdcə gəlirlərinə və əhalinin sosial vəziyyətinə mənfi təsir edib ki, bundan istifadə etməyə çalışan mühafizəkarlar hakimiyyəti öz əllərinə almağa çalışırlar.

İranın siyasi elitasının mühafizəkar siyasi qanadı hesab edir ki, H.Ruhaninin islahatları heç bir fayda verməyib. Əvvəla sanksiyalar tam olaraq aradan qaldırılmayıb. Onların fikrincə İran üçün daim təhlükə olan ABŞ-a etibar etmək olmaz. Çünki bu dövlət İranın regiondakı siyasi proseslərə təsir etmək imkanını məhdudlaşdırmaq istəyir. Hələ danışıqlar başlamazdan əvvəl onun əleyhinə çıxan mühafizəkarların fikri özünü onda doğrultdu ki, ötən ilin noyabrında ABŞ Konqresi bir sıra sanksiyaların qüvvədə qalmasına və istənilən vaxt Birgə Fəaliyyət Planından imtina etmək hüququnun özündə saxlaması haqqında qanun qəbul edərək prezidentə təqdim etdi. ABŞ prezidenti bu qanunu imzalamasa da daxili qaydalarına görə qanun avtomatik olaraq qüvvəyə mindi. Bu fakt H.Ruhaninin parlamentdəki mühafizəkarlar tərəfindən kəskin tənqidinə səbəb oldu. Yeni prezident Donald Trampın da kəskin çıxışları nüvə razılaşmasını şübhə altına salır.

İran siyasətində ölkənin Ali Rəhbərinin sözü və siyasi çəkisi əvəzolunmazdır. Ali Rəhbər vaxtı ilə nüvə proqramına aid Qərb dövlətləri ilə danışıqlara başlamağa icazə versə də, heç bir halda ABŞ-a inanmadığını bildirmişdi. Zaman Ayətullah Əli Xamneyinin haqlı olduğunu göstərdi ki, bu da H.Ruhaninin mövqeyinə ciddi zərbə kimi qiymətləndirilir. Onu da nəzərə çatdıraq ki, H.Ruhanini dəstəkləyən nüfuzlu siyasi və din xadimi Haşimi Rəfsəncaninin vəfatı da onu dəstəkdən məhrum etdi.

Lakin bütün bunlara baxmayaraq H.Ruhani hökumətinin ciddi uğurları da olub.

Tehran Universitetinin professoru Sadiq Zəbakəlam qeyd edir ki, H.Ruhaninin siyasi nüfuzunun aşağı düşməsinə baxmayaraq, onun ikinci dəfə seçilmək şansı çoxdur. Belə ki, 2015-ci ilin əvvəllərində Qərb dövlətləri ilə əldə edilən “nüvə anlaşması” və Ruhaninin İranı dünyaya inteqrasiya etmək istəyi rəğbətlə qarşılanıb. Əgər sanksiyalar dövründə İranın neft ixracı 7 milyon bareldən 1,3 milyon barelə enmişdisə, sanksiyaların ləğvindən sonra neft ixracı 2 dəfə artdı. İranın ümumi daxili məhsul istehsalı 2014-cü ildə 3 faiz artdı ki, bu da 2013-cü ildə prezident seçilən H.Ruhaninin islahatlarının nəticəsi idi. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2017-ci ilə İranda ÜDM-in 4 faiz artımı gözlənilir. Eyni zamanda, 2013-2017-ci illər ərzində inflyasiya 36 faizdən 18 faizə enib. İnqilabdan sonra ilk dəfə olaraq 2016-cı ilin sentyabrında ABŞ “Boing” və “Airbus” şirkətlərinə İrana təyyarə satmağa icazə verdi və cari ilin yanvarında ilk “Airbus” təyyarəsi Tehrana gətirildi.

Bütün bunlarla yanaşı H.Ruhani hökuməti iqtisadiyyatın şaxələndirilməsini, özəlləşdirməni davam etdirir. Sanksiyalardan sonra ölkəyə sərmayə yatırmaq istəyən Qərb şirkətləri də hərəkətə başlayıblar. Onlar İranın iqtisadi mühitini, qanunlarını öyrənirlər. Artıq İtaliya, Fransa, İsveç, Norveç şirkətləri sərmayə yatırımına qərar veriblər. Təbii ki, sərmayə yatırımı birdən-birə nəticə vermir. İran böyük bazardır və buraya yatırılan sərmayə tədricən nəticə verəcək.

Cari il may ayının 19-da keçiriləcək prezident seçkilərində H.Ruhaniyə rəqib olacaq bir sıra siyasətçilərin, o cümlədən parlamentin sədri Əli Laricaninin, xarici işlər naziri Məhəmməd Cavad Zərifin, general Qasim Süleymaninin, eks-prezident Mahmud Əhmədinejadın namizədliklərini irəli sürməyəcəklərini bəyan etmələri H.Ruhaninin ikinci müddətə seçilmək şansını artırıb. İranın indiki Prezidentinin yenidən seçilməsini şərtləndirən amillərdən biri də ondan ibarətdir ki, 2016-cı ilin parlament seçkilərində H.Ruhaninin tərəfdarları qalib gəliblər. H.Ruhaninin parlamentə seçilən tərəfdarları təmsil etdikləri bölgələrdə onun prezident seçilməsinə çalışacaqları şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, İİQXCP ilə yanaşı, İslam Koalisiyası Partiyasının (İKP) Baş katibi Nəbi Həmima da ciddi bəyanatla çıxış edərək onunla həmfikir siyasi qüvvələri birləşdirib namizədliyini irəli sürəcəyini bildirib. İİQXCP ardınca İKP-nin də iddialı çıxışı onu göstərir ki, mühafizəkarlar artıq vahid cəbhədən çıxış etməyəcəklər ki, bu da H.Ruhaninin xeyrinədir.

Bundan başqa, H.Ruhaninin yenidən prezident seçilə biləcəyini şərtləndirən digər amillər də var. Birincisi və ən əsası odur ki, Ali Lider Əli Xamneyi Həsən Ruhaninin ikinci dəfə prezident seçilməsinə etiraz etmir. Onların arasında İranın daxili və xarici siyasət strategiyasına dair ciddi fikir ayrılığı yoxdur. Hazırkı prezidentin aktiv xarici siyasəti və İranın dünyaya inteqrasiya olunmasına çalışması siyasi qruplar və xalq arasında ona böyük nüfuz qazandırıb. İranın yeni siyasi tarixində, 1981-ci ildə vəzifəsindən kənarlaşdırılan birinci prezident Əbülhəsən Bənisədr və elə həmin il qətlə yetirilən Məhəmməd Əli Rəcai istisna olmaqla, bütün digər prezidentlər ikinci müddətə də seçiliblər. Eks-prezidentlər Əli Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi və Mahmud Əhmədinejad iki müddət prezident olublar. Bu, artıq İranın siyasi praktikasında formalaşmış ənənədir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib