PREZİDENT SEÇKİLƏRİNDƏN SONRA 75 MİNDƏN ÇOX İŞ YERİ YARADILMIŞDIR
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticələrindən danışan Arıf Vəliyev bildirmişdir ki, ilin 7 ayında 22,3 trilyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çoxdur. MDB ölkələrində ən yüksək nəticələr əldə edən Azərbaycanda sənaye məhsullarının istehsalı 4,4 faiz, kənd təsərrüfatı sahəsində 5,6 faiz, xarici ticarət dövriyyəsi 30 faiz, əhalinin pul gəlirləri isə təxminən 19 faiz artmışdır. İşçilərin əmək haqqı 23,7 faiz artaraq 464 min manata çatmışdır.
Avqustun 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 910 min taxıl istehsal edilmişdir. Qarğıdalı yığımı başa çatandan sonra bu göstəricinin 2 milyon 150 min tona çatacağı gözlənilir. Bu isə ötənilkindən 100 min ton çoxdur.
İlin birinci yarısında ölkəyə 2,2 milyard ABŞ dolları və ya bu ötən ilin müvafiq dövründəkindən 40 faiz çox xarici sərmayə qoyulmuşdur.
Ötən il oktyabr ayından başlayaraq, regionların iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət nəticəsində Azərbaycanda 75 min 845 iş yeri açılmışdır. Bunun 50366 –sı daimi, 25429-u isə mövsümi iş yerləridir.
Daimi iş yerlərindən 31704-ü yeni yaradılmış müəssisələrdə açılmışdır. 15705 iş yeri mövcüd idarə və müəssələrdə aparılan genişləndirmə hesabına yaradılmışdır. 2957 iş yeri isə əvvəllər mövcud olmuş, lakin son illərdə fəaliyyət göstərməyən müəssisə və idarələrdə yaradılmışdır.
Abşeron iqtisadi rayonunda 7244, Bakıda 16800, Gəncə-Qazax iqtisadi rayonunda 8439 , Şəki–Zaqatala iqtisadi rayonunda 3805, Lənkəran iqtisadi rayonunda 4808, Quba-Xaçmaz iqtisadi rayonunda 6667, Aran iqtisadi rayonunda 18860, Naxçıvan iqtisadi rayonunda 5006 iş yeri yaradılmışdır.
Arif Vəliyev bildirmişdir ki, açılan iş yerlərinin 89,1 faizi qeyri-dövlət bölməsinin payına düşür. Bunların 2850-si xarici və müştərək müəssisələrdə yaradılmışdır.
Axırda jurnalistlərin suallarına cavab verilmişdir.