Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentə yazırlar: Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli yalnız Sizin qətiyyətli mövqeyiniz sayəsində mümkündür

Prezidentə yazırlar: Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli yalnız Sizin qətiyyətli mövqeyiniz sayəsində mümkündür

Bakı, 25 aprel, AZƏRTAC

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Qubadlı rayonundan məcburi köçkün Tünzalə Hüseynova yazır: “Möhtərəm cənab Prezidentim, bütün dünyanı saran pandemiya dövründə Azərbaycan xalqının sağlamlığını siyasətinizin ən prioritet istiqaməti etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın idarəçiliyinin etibarlı əllərdə olduğu bir daha sübut olundu. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atıldı. Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir. Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirik. Biz birlikdə güclüyük!. Güclü Azərbaycanın layiqli lideri, Allah Sizi və ailənizi qorusun!”.

Ağdam rayonunun Çəmənli kəndindən Röyal Quliyev: “Çox hörmətli cənab Prezident, mənim 28 yaşım var. Bu müraciəti cəbhə bölgəsi olan Ağdam rayonunun Çəmənli kəndindən böyük qürur hissi ilə yazıram. Yürütdüyünüz uzaqgörən siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı və xalqın rifahı gündən-günə yaxşılaşır. Bütün bu işləri eyni vaxtda görmək əsl qəhramanlıqdır. Bu səbəbdən Sizi yorulmaz lider hesab edirəm. İnanıram ki, bu qüvvəti, gücü Sizə xalqın sonsuz inamı və sevgisi verir. Cənab Prezident, ölkəmizin inkişafı naminə misilsiz fəaliyyətinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli ancaq Sizin qətiyyətli mövqeyiniz sayəsində mümkündür. Sizin dünya azərbaycanlıları üçün gördüyünüz möhtəşəm işlər bütün xalqımız tərəfindən alqışlanaraq heyranlıqla izlənilir. Pandemiya ilə əlaqədar dünya ölkələrinin həyata keçirə bilmədikləri tədbirləri Siz vaxtında, çevik, ardıcıl və uğurlu şəkildə reallaşdıraraq xalqımızı bu bəladan xilas edəcəyinizə inanırıq. Tapşırıqlarınıza və sərəncamlarınıza əsasən vətəndaşlarımıza göstərilən maddi və mənəvi yardımlar ürəkaçandır. Möhtərəm Prezident, Siz xalqın xilaskarı olmaq missiyasını uğurla davam etdirirsiniz. Ağdamlılar hər zaman Sizinlədirlər. Allah Sizi xəta və bəladan qorusun!”.

Neftçala rayonunun Aşağı Surra kəndinin sakini Zəhra Quluzadə: “Əziz Prezidentimiz, bu məktubu Sizə Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin 1-ci sinif şagirdi Quluzadə Zəhra yazır. Sizə təşəkkür edirik ki, bu çətin günlərdə belə biz uşaqları yaddan çıxarmır, qayğımıza qalırsınız. Atam deyir ki, güclü liderimiz var, bizi bu bəladan qurtaracaq və biz yenə də həmişəki kimi firavan yaşayacağıq. Biz də Sizin tapşırığınızı yerinə yetirib evdə qalır və dərslərimizi oxuyuruq. Sizin sayənizdə bu xəstəliyə tezliklə qalib gələrək, yenidən məktəbə qayıdacağımıza inanırıq. Allah Sizi qorusun!. Sizi çox istəyirik”.

Şamaxı rayonunun Quşçu kəndindən Kərim Gülalıyev: “Möhtərəm cənab Prezident, mən bir ağsaqqal kimi Sizin və Mehriban xanımın ölkəmiz qarşısındakı xidmətlərinizi yüksək qiymətləndirirəm. Sizin tapşırığınızla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində, şükürlər olsun ki, pandemiya ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaq. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm”.

Siyəzən rayonunundan Bəxtiyar Seyidov: “Cənab Prezident, məlum olduğu kimi, dünyanı bürüyən koronavirus pandemiyası bir çox inkişaf etmiş ölkələrdə qarşısıalınmaz təhlükəyə çevrilib. Bu virus səbəbindən on minlərlə insan həyatını itirib. Təəssüflər olsun ki, virus bizim ölkəyə də gəlib çatıb və bizdə də həyatını itirənlər var. Möhtərəm cənab Prezident, Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz sayəsində ölkəmizdə virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və xəstəlik nəzarət altında saxlanılır. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sistemində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı. Bundan əlavə, insanların evdə qalması ilə əlaqədar yarana biləcək digər problem bir qrup insanın sosial rifahı ilə bağlı idi. Lakin bu problemi də tez bir zamanda həll etdiniz. Siz 600 min ailəyə 190 manat birdəfəlik ödənişin edilməsi ilə bağlı göstəriş verdiyiniz. Bundan əlavə, Sizin təşəbbüsünüzlə başladılmış yardım kampaniyasına ölkənin hər yerindən iş adamları da qoşularaq insanlara bu çətin durumda dəstək oldular. Möhtərəm Prezidentimiz, bütün bu tədbirlər göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız və ölkəmizi yarana biləcək hər bir təhlükədən qorumaq iqtidarındasınız. Biz Sizinlə fəxr edirik”.

Quba rayonunun Rustov kənd sakini Aynur Mövlanova: “Cənab Prezidentimiz, mən Quba rayonunun Rustov kəndində ibtidai sinif müəllimi işləyirəm. Hər şeydən əvvəl demək istəyirəm ki, Sizinlə hər zaman qürur duyur, fəxr edirəm. Dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi bir zamanda ölkəmizdə bu virusun yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq üçün gördüyünüz işlərinizi dəstəkləyir, buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin uzaqgörən siyasətiniz, xalqa olan diqqət və qayğınız, koronavirus pandemiyasına qarşı mübarizə üçün əvvəlcədən qəbul etdiyiniz qərarlar sayəsində itkilərimiz başqa ölkələrlə müqayisədə dəfələrlə azdır. Məhz bu işlərinizin nəticəsində xalqımız rahat yaşayır. Biz ürəkdən inanırıq ki, ölkəmizi və xalqımızı bu çətin imtahandan da uğurla çıxaracaq, gözəl və uğurlu gələcəyə aparacaqsınız. Sizə cansağlığı və fəaliyyətinizdə davamlı uğurlar arzulayıram”.

Şəki rayonunun Kiçik Dəhnə kəndindən Mikayıl Qeybullayev: “Hörmətli cənab Prezident, COVID-19 pandemiyasının tüğyan etdiyi, neftin qiymətinin aşağı düşdüyü, dünya iqtisadiyyatının çökdüyü bir zamanda biz - Şəki rayonunun Kiçik Dəhnə kəndinin ziyalıları Sizin yanınızdayıq. Uzaqgörənliyiniz, Vətənə sevginiz sayəsində Siz həmişə xalqın yanında oldunuz, həm maddi, həm də mənəvi dəstəyiniz nəticəsində ölkəni bu ağır vəziyyətdən çıxara bildiniz. Dünyanın ən inkişaf etmiş, qüdrətli hesab edilən dövlətləri bunu bacarmadılar. Cənab Prezident, belə bir çətin zamanda Azərbaycan xalqı öz liderinin - Sizin arxanızca getdi. Siz məhz uzaqgörən siyasətiniz, möhkəm iradəniz nəticəsində uğur qazana bildiniz. Ona görə Siz bizim üçün ən müdrik lider olaraq qalacaqsınız. Bu ağır günlərdə bir lider, bir dövlət başçısı olaraq xalqımıza dayaq durduğunuz, kömək göstərdiyiniz, bizi bu pandemiyadan xilas etdiyiniz üçün Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.

Kürdəmir rayonunun Sor-Şor kəndinin sakini Kərim Kərimov: “Hörmətli cənab İlham Əliyev, bu gün dünyanı iflic vəziyyətinə salan koronavirus pandemiyası bir çox ölkələrdə xof və qorxu yaradıb. Amma rayonumuzun sakinləri adından deyə biləm ki, məhz Sizin sayənizdə biz bu qorxunu yaşamırıq. Biz Sizə güvənirik, Sizə arxayınıq. Heç vaxt xalqını çətin vəziyyətdə qoymayan, ən sadə vətəndaşını düşünən və qayğısına qalan Prezidentimizə inanırıq. Siz ölkəmizin vətəndaşlarına daim həm maddi, həm də mənəvi dayaq olmusunuz. Ulu öndərimiz Heydər Əliyev də, Siz də daim xalqımızın xilaskarısınız. Sizin “Biz birlikdə güclüyük!”, “Biz birlikdə qalib gələcəyik!” çağırışlarınız bizim üçün çox əhəmiyyətlidir. Mən təqaüddə olan bir müəllim kimi pensiyaçılar adından Sizə və ailənizə dərin təşəkkürümü bildirirəm. Yaşasın, Azərbaycan! Yaşasın, bizim Prezidentimiz!”.

Bakı şəhərinin Nizami rayonunun sakini Nəriman Məmmədəliyev: “Hörmətli cənab Prezident, dünyada və Azərbaycanda baş verən hadisələri izlədikcə Sizə və rəhbərliyinizlə gecə-gündüz çalışan insanlara təşəkkür etmək istəyirəm. Bəşəriyyəti bürüyən bu virus özü ilə dünyaya iqtisadi çətinliklər də gətirdi. Yer kürəsinin hər yerində pandemiya səbəbindən yaranan iqtisadi və sosial çətinliklər ölkəmizdə demək olar ki, hiss olunmur. Çünki Siz həm bizim sağlamlığımızı qoruyur, həm də xalqımıza qayğı göstərir, heç bir çətinlik hiss etməyə imkan vermirsiniz. Sizin tapşırığınızla uğurlu işlər həyata keçirilir. Prezidentimizin, dövlətimizin hər an vətəndaşın yanında olması, onlara dəstək verməsi bizlərə böyük qürur hissi yaşadır. Sizə sonsuz təşəkkürümüzü bildiririk. Bayrağımız daim uca zirvələrdə dalğalansın”.

Sumqayıt şəhərindən Elvin Zöhrabov: “Hörmətli cənab Prezident, fəxarət hissi ilə söyləyə bilərik ki, cümlə-cahanın bu amansız xəstəliklə çarpışdığı bir dövrdə Siz xalqınızı unutmur, həssas təbəqədən olan vətəndaşlarımızı diqqətdə saxlayır və onların qayğısını çəkirsiniz. Ölkəmizin ilk dəfə pandemiya ilə mübarizədən Sizin sayənizdə minimum itki ilə çıxacağımıza əminik. Şübhəsiz ki, bu bəlaya birlikdə qalib gələcəyik. Azərbaycanımızın gələcəyinin gözəl olacağına əminik və inanırıq ki, o gözəl gələcəyi Sizin kimi müdrik siyasi xadim quracaq. Təşəkkür edirik Sizə, cənab Prezident”.

Xaçmaz rayonunun sakini Fərid Hacımirzəyev: “Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların sosial vəziyyətinin yaxşılaşılaşdırılması istiqamətində apardığınız siyasətə və ayırdığınız diqqətə görə Sizə təşəkkür edirəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı Sizin dəstəyinizi hiss edir. Azərbaycan Respublikasının Sizin rəhbərliyiniz altında apardığı daxili və xarici siyasət dövlətin və vətəndaşlarının birbaşa marağına xidmət göstərir. Qeyd etmək istəyirəm ki, Sizin verdiyiniz hər bir göstərişin arxasında Azərbaycan Respublikası vətəndaşının sosial rifahı dayanır. Son illər Sizin tapşırığınıza əsasən Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində addımlar atılır. İnanırıq ki, qısa bir müddət ərzində bu istiqamətdə də bizim çox böyük uğurlarımız olacaq. Sizin rəhbərliyiniz altında Azərbaycan bir çox sahələrdə idxalçı ölkədən ixracatçı ölkəyə çevrilmişdir. Bunun üçün Sizə təşəkkürümüzü bildirərək qeyd etmək istəyirik ki, Sizin arxanızda Azərbaycan Respublikasının hər bir vətəndaşı dayanır”.

Beyləqan şəhərindən şəhid atası Vidadi Hüseynov yazır: “Möhtərəm cənab Prezident, bildiyimiz kimi, bütün dünyada sərhəd tanımayan, böyüyü, kiçiyi amansızcasına cənginə almış koronavirus bəşəriyyəti sınaq qarşısında qoyub. Dünyanın inkişaf etmiş ölkələri belə təlatüm içində amansız xəstəlik ucbatından insanların ölümünü seyr edir. Bu acınacaqlı vəziyyətdə Sizin uzaqgörən siyasətiniz və humanist addımlarınız, operativ şəkildə gördüyünüz işlər, ölkədə hər bir sahəni düşünərək qəbul etdiyiniz düzgün qərarlar, xalqın sosial rifahının yaxşılaşdırılması məqsədilə ard-arda imzaladığınız sərəncamlar Azərbaycan xalqının Sizin üçün hər şeydən üstün olduğunu bir daha sübut etdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa bir ana kimi çağırışı ölkə əhalisində xəstəliyə qarşı mənəvi-psixoloji ruh yüksəkliyi yaratdı. Hər zaman xalqımıza dayaq olduğunuz üçün həm bir sahibkar kimi öz adımdan, həm də bütün beyləqanlılar adından Sizə təşəkkür edir, bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gördüyünüz bütün işlərdə Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə və silahdaşınız Mehriban xanıma tükənməz müvəffəqiyyətlər arzulayıram. Allah Sizi və ailənizi qorusun!”.

Lənkəran şəhərinin sakini Elazə Məmmədova: “Hörmətli cənab Prezident, bu məktubu yazmaqda məqsədim Sizə səmimi qəlbdən gələn minnətdarlıq hisslərimi çatdırmaqdır. Lənkəran şəhərində 40 ildir fəaliyyət göstərən zəhmətkeş əczaçı kimi son vaxtlar ölkəmizdə baş verən hadisələrdə sizin çox böyük dəstəyinizi hiss etdim. Koronavirus pandemiyası dövründə şəxsən Sizin çıxışlarınızdan mənəvi güc alaraq fəaliyyətimi daha da həvəslə davam etdirdim. Qısa zaman ərzində xalqı zəruri tibbi ləvazimatlarla və avadanlıqlarla təmin etmək istiqamətindəki misilsiz fəaliyyətiniz ilə bizə çox böyük yardımçı oldunuz. Azərbaycanda istənilən sahədə qəbul etdiyiniz müdrik qərarlar sayəsində hazırda ölkəmiz pandemiya ilə mübarizədə digər ölkələrə nümunə göstərilir. Xalqın sosial rifah halının gücləndirilməsi üçün apardığınız düzgün və dəqiq siyasət nəticəsində bu gün hər bir Azərbaycan vətəndaşı Sizə ürəkdən təşəkkürünü bildirir. Bu fəaliyyətinizlə həqiqətən hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha qürurla nümayiş etdirirsiniz. Biz xalq olaraq çox şanslıyıq ki, Sizin kimi vətəndaşlarının qayğısına qalan sadə və səmimi dövlət başçımız var. İnanırıq ki, Sizin ətrafınızda sıx birləşib bütün çətinliklərdən qələbə ilə çıxacağıq. Həmişə var olun. Allah Sizi və ailənizi qorusun!”.

Cəlilabad rayonundan İlhamə İskəndərova: “Hörmətli cənab Prezident, bu gün bütün dünyanı bürüyən, iflic vəziyyətinə salan koronavirus pandemiyası ilə mübarizədəyik. Bu mübarizədə infeksiyanın ölkəmizdə geniş yayılmaması üçün atdığınız məqsədyönlü addımları dəstəkləyirik. Xalqın rifahı naminə etdiyiniz bir çox güzəştlər, o cümlədən sosial ödənişlərin edilməsi, işsizlərə maddi yardımların göstərilməsi, işə çıxmadığımız halda biz müəllimlərin əməkhaqlarının verilməsi, ali və orta ixtisas tədris ocaqlarında təhsil alanların ödənişlərinin dövlət tərəfindən ödənilməsi, cəzaçəkmə müəssisələrindəki bir çox məhbusların əfv olunması təqdirəlayiqdir. Bu addımlarınız Sizin daim xalqımızın yanında olmağınızın bariz nümunəsidir. Həmçinin səhiyyə və polis işçilərinə göstərdiyiniz xüsusi diqqət ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Sizin uzaqgörənliyiniz sayəsində əvvəlcədən görülmüş, bu gün də davam etdirilən dezinfeksiya və bir çox qabaqlayıcı tədbirlər dünya ictimaiyyəti tərəfindən bəyənilmişdir. Bir müəllim olaraq ailəm adından Sizə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Mən və mənim vətənpərvər ruhda tərbiyə etdiyim şagirdlərim Sizə güvənir. Cənab Prezident, biz Sizinlə birlikdə güclüyük”.

Gəncə şəhərindən Gülşən Bağırova: “Möhtərəm cənab Prezident, dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin müdrik və uzaqgörən siyasətinizlə ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Sizinlə qürur duyuruq”.

Gəncə şəhərinin daha bir sakini Tural İsaqov yazır: “Möhtərəm cənab Prezident, koronavirusa qarşı önləyici tədbirlər görən qabaqcıl ölkələrdən biri də Azərbaycandır. Sizin çağırışınıza böyük məsuliyyətlə yanaşaraq ölkə vətəndaşları virus təhlükəsinə qarşı həmrəylik nümayiş etdirirlər. Biz gəncəlilər yaxşı dərk edirik ki, bu təhlükəni yalnız Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlara dəstək verməklə aradan qaldırmaq olar. Koronavirusla mübarizədə göstərdiyiniz əzmkarlığa görə Sizə minnətdarlığımı bildirirəm. Tarixin min bir ağrı-acısına tab gətirən Azərbaycan xalqının koronavirusla mübarizədən də alnıaçıq və minimum itki ilə çıxacağına inanırıq. Biz birlikdə güclüyük”.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin sədri Adnan Nəcəfov: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə atdığınız müdrik addımlar, xalqa qayğıkeş münasibətiniz qürurvericidir. Yürütdüyünüz daxili və xarici siyasəti daim dəstəkləyirik. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin davamçısı olaraq uzaqgörən siyasətinizlə xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Sizin göstərişinizlə vətəndaşlarımızın qayğısına qalan dövlət orqanlarına öz dərin təşəkkürümü bildirirəm. Ulu Tanrıdan Sizi və ailənizi qorumağı arzu edirəm”.

Bakı şəhərinin sakini Ülkər Aslanova: “Möhtərəm cənab Prezident, bir vətəndaş kimi əminəm ki, xalqımız bu bəladan tezliklə və az itkilərlə xilas olacaq. Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Birinci vitse-prezident Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Gədəbəy rayonundan Eldar Məhərrəmov: “Hörmətli cənab Prezident, dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizə şəraitində Sizin işçilərin işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqqının saxlanılması, işsizlərə 190 manat məbləğində vəsait ayrılması, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulması və digər sosial müdafiə üzrə ciddi addımların atılması barədə qətiyyətli tapşırıqlarınız diqqət mərkəzindədir. Bütün bunlara görə, cənab Prezident, Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Siz xalqımızı minimum itki ilə böyük bəladan xilas edir, qoruyursunuz. Ulu Tanrı Sizi qorusun!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb